İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Münirlə telefon danışığı zamanı regiondakı son vəziyyəti müzakirə edib.
APA-nın Tehran bürosu xəbər verir ki, tərəflər son diplomatik proseslər, siyasi və diplomatik həll yollarının irəlilədilməsi istiqamətində səylər, eləcə də məsləhətləşmə və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Əraqçi bu gün Mavritaniyanın xarici işlər naziri Məhəmməd Salim Vələd Merzukla da telefon danışığı aparıb.