Ermənistanın ABŞ-dakı keçmiş səfiri baş nazir aparatının rəhbəri təyin edilib

Ermənistanın ABŞ-dakı keçmiş səfiri Lilit Makunts ölkənin baş nazir aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Sherg.az xəbər verir ki, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Makunts bu vəzifədə iyulun 20-də istefa verən Araik Arutyunyanı əvəz edib.

Baş nazirin digər qərarı ilə Lilit Makunts hökumət başçısının baş müşavirinin səlahiyyətlərini icra edən vəzifəsindən azad olunub.

Qeyd edək ki, Lilit Makunts bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri vəzifəsində çalışıb. Araik Arutyunyan isə hazırda Ermənistan Milli Assambleyasının deputatıdır.