Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Rusiya-Ermənistan münasibətləri "birtərəfli küçəyə" bənzəyir.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Parlament sədri qeyd edib ki, İrəvan Rusiya ilə münasibətlərin qorunmasının vacibliyi barədə bəyanatlar verir, lakin bu sözlər çox vaxt konkret hərəkətlərlə uzlaşmır.
Matviyenko həmçinin qeyd edib ki, Ermənistanın Aİ-yə mümkün daxil olması AİB daxilində əməkdaşlıq prinsiplərini pozacaq.