Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında bildirib ki, ölkənin Aİİ ilə Avropa İttifaqı (Aİ) arasında seçimlə bağlı referendum keçirməsi hazırda mümkün deyil.
Sherg.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın eyni vaxtda həm Aİİ-nin, həm də Aİ-nin üzv olması mümkün deyil. O bildirib ki, Aİ-yə üzvlük üçün əvvəlcə rəsmi müraciət edilməli, namizəd ölkə statusu alınmalı, daha sonra isə həm Aİ-yə üzv dövlətlərin, həm də Ermənistan vətəndaşlarının razılığı əldə olunmalıdır.
Paşinyan vurğulayıb ki, bu mərhələlər tamamlanmadan referendumun keçirilməsi məntiqsiz və legitim olmazdı.