Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Nairi” Tibb Mərkəzində müntəzəm tibbi müayinədən keçib və lazımi tibbi xidmətlər alıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasından yerli mediaya məlumat verilib.
“Prezident özünü yaxşı hiss edir. Tibbi müayinədən keçdikdən sonra normal iş rejiminə qayıdıb”, - açıqlamada bildirilib.
Xatırladaq ki, bundan əvvəl yerli mediada Ermənistan Prezidentinin infarkt öncəsi vəziyyətdə xəstəxanaya aparıldığı barədə məlumat yayılmışdı.