Hörmüz boğazından keçməyə cəhd edən iki tanker İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri tərəfindən zərbələrə məruz qalıb.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.
"ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təsirinə düşərək İran tərəfinin razılığı olmadan Hörmüz boğazından keçə biləcəklərini hesab edən iki tanker zərbələrə məruz qalıb və onların hərəkəti dayandırılıb, digər dörd tanker isə dərhal istiqamətini dəyişib", - məlumatda bildirilib.