Türkiyə təbii sərvətlər qarşılığında İraqda nəqliyyat infrastrukturunun yeniləmələrində iştirak edəcək.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə anlaşma İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.
Bununla yanaşı, iki ölkə arasında təhsil, idman və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan daha dörd anlaşma imzalanıb.
İmzalanan sənədlərin detalları açıqlanmayıb.