
Mərkəzi Elmi Kitabxana açılıb
Yusif Nəzərli
11:33 15.10.2021
Cəmiyyət
560
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oktyabrın 15-dən etibarən fəaliyyətini yenidən bərpa edib.
MEK-dən APA-ya verilən məlumata görə, kitabxananın baş direktoru, professor Məmməd Əliyev pandemiyadan sonra MEK-ə ilk daxil olan oxucuya 1 illik oxucu kartı təqdim edib.
Qeyd edək ki, pandemiya ilə əlaqəli olaraq iki ilə yaxın idi ki, MEK oxuculara yerində fəaliyyətini dayandıraraq, onlayn şəkildə həyata keçirirdi. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər də edilib. İlk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək.
Xatırladaq ki, MEK-dən COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatı olan şəxslər istifadə edə bilərlər.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region