
Mentalitet heç vaxt hüquq kitabını oxumur: Abort tendensiyası artmaqda davam edəcək
10:06 14.05.2025
Sosial
514
Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək.
Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirib ki, abortların artmasının arxasında duran səbəblər təkcə tibbi deyil:

“Burada cinsiyyət əsaslı selektiv abortlar kifayət qədər böyük paya sahibdir. Hansı ki, əksər vaxtlarda bu seçim oğul övladlarının xeyrinə edilir. Doğulacaq uşaqlarının qız olmasıni öyrənən bəzi valideynlər abort qərarı verirlər. Sırf bu qəbil selektiv abortlar göstərir ki, cəmiyyətin qadına münasibəti hələ də tam korrektə olunmayıb. Təəssüf ki, hələ də "qız uşağı baş ağrısıdır" ya da "qız uşağı köçəri quşdur" kimi deyimlər bir çox ailənin qərarlarında rol oynayır. Bu yanaşmanın kökündə, aydın məsələdir ki, patriarxal dəyərlər sistemi durur. Oğlan övladı haqqında cəmiyyətdə yerləşik hala gəlmiş "ailə soyadını davam etdirir", "böyüyəndə ata-ananın dayağı olur", "qızı ərə verirlər, yad evə gedir" kimi düşüncələr patriarxal cəmiyyətlərə çox xarakterik olur”.
Ekspertin sözlərinə görə miras məsələsində də oxşar arqumentasiyalar var:
“Köhnə torpaq münasibətlərindən gələn yanaşma var ki, "torpaq oğlanda qalmalıdır ki, ailənin bir yurdu, ocağı olsun." Hazırda ölkəmizdə hüquqi sistem bu yanaşmanı qüvvədən salsa da, mədəni təsirlər (o cümlədən mentalitet) elə bir iqtisadi şərait yaradıb ki, həqiqətən də torpaq, ev kimi məsələlər əksərən kişilərin yükü kimi qəbul olunur. Mən ona görə həmişə deyirəm ki, hüquq tez-tez mentalitetə boylanır. Amma mentalitet heç vaxt hüquq kitabını oxumur. Amma qeyd etmək istərdim ki, abort saylarının son dövrlərdə artış göstərməsi cinsi selektiv abortlar nəticəsində olmamışdır. Tam tərsinə, get-gedə qız övladlarını daha çox qəbul edir, sevir və arzulayırıq. Razıyam ki, oğlan uşağı istəyən valideynlərin sayı hələ də çoxdur, amma keçmişlə müqayisə etsək aradakı fərq xeyli azalıb. Abort sayındakı kəskin artış evlilikdən kənar münasibətlərdəki kəskin artış və bu fonda qalınan hamiləliklərin mütləq mənada abortla sonlandırılmasıdır. İstər sivil səviyyədə, istərsə də insan alveri kontekstində evlilik kənarı cinsi münasibətlərin bu qədər artması və əlçatanlaşması abort tendensiyasını artırmaqda davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm