Göz rəngimiz qara ola bilməz: Əgər olsaydı, daim ağlayardıq
Yusif Nəzərli
00:14 22.06.2025
Maraqlı
785
Göz rəngi doğulduğumuz andan təxminən 3 yaşa qədər dəyişə bilir. Ancaq məlum olanın əksinə, insanların tamamilə qara gözə sahib olması genetik olaraq mümkün deyil. Göz rəngimiz ətraf mühitin işıq səviyyəsinə, geyimimizə və ya rəngli linzalar taxırıqsa onlara bağlı olaraq qara kimi görünə bilər.
Sherg.az xəbər verir ki, göz rəngini müəyyən edən təxminən 16 gen mövcuddur. Bu genlərdən xüsusilə HERC2 və OCA2 adlanan ikisi əsas rol oynayır. Bu genlər gözün irisinə düşən melanin miqdarına nəzarət etməklə göz rəngini formalaşdırır. Melanin sayəsində mavi, boz kimi fərqli rənglər ortaya çıxır. Lakin mümkün olan ən tünd göz rəngi tünd qəhvəyi ola bilər, qara deyil.
Qara obyektlər daha tünd görünmək üçün daha çox işıq udur. Bu udulan işıq və enerji isə istilik enerjisinə çevrilir. Beləliklə, əgər insan gözü genetik olaraq qara ola bilsəydi, gözlərimizin qurumaması və çox isinməməsi üçün davamlı göz yaşı ifraz etməli olardıq!
Əgər gözlərimiz qara olsaydı, günəş işığında çölə çıxmaqda çətinlik çəkərdik. Günəş şüaları UV (ultrabənövşəyi) şüalar ehtiva edir və qara rəng bu şüaları daha çox udduğuna görə, uzun müddətli təsir cilt xərçəngi və ya katarakta kimi sağlamlıq problemlərinə yol aça bilərdi. Araşdırmalar göstərir ki, göz rənginin yaranmasında rol oynayan melanin, UV şüalarının 99%-ni bloklayaraq gözləri qoruyur. Bu da o deməkdir ki, melanin gözləri UV şüalarının zərərindən qorumaqda çox vacib rol oynayır.
Dünyada ən nadir rast gəlinən göz rəngi yaşıl rəngdir. Yer kürəsi əhalisinin yalnız 2%-i yaşıl gözə sahibdir. Bundan əlavə, okulyar albinizm səbəbilə qırmızı və ya bənövşəyi rəngdə gözlərə sahib insanlar da – hərçənd çox az – mövcuddur. Həmçinin heteroxromiya adlı vəziyyətə görə insanların gözləri fərqli rənglərdə ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya