Parazitin gizli sirri: Bədənə sızır, ağrı hiss edən sinirləri bağlayır
19:11 23.08.2025
Sağlamlıq
594
İnsana ağrı hiss etdirmədən bədənə daxil olmağı bacaran parazit, tətbiq etdiyi üsulla yeni nəsil ağrıkəsicilərə ilham verir.
Sherg.az xəbər verir ki, su yolu ilə yoluxan parazit qurd olan "Schistosoma mansoni" insan bədəninə gizli şəkildə daxil olmaqda ustalaşıb.
Onun sürfələri dəri vasitəsilə bədənə keçir, lakin bu zaman nə ağrı, nə də qaşınma hiss olunur. Nəticədə isə milyonlarla insana təsir edən xroniki bir xəstəlik yaranır: şistosomiaz.
Alimlər artıq bu hiylənin sirrini tapıb. Araşdırmaya görə, parazit insanın dərisindəki müəyyən sinir hüceyrələrini zəiflədən molekullar ifraz edir.
Bu sinirlər TRPV1+ neyronları kimi tanınır və normalda istilik, yanma və ya qaşınma kimi siqnallarla beyni təhlükəyə qarşı hərəkətə keçirir. Eyni zamanda immun cavabı da işə salaraq orqanizmi qorumağa çalışır.
ABŞ-dəki Tulane Tibb fakültəsindən immunoloq De’Broski Herbert bu kəşfin yeni nəsil ağrıkəsicilərin hazırlanmasına yol aça biləcəyini deyir.
Herbert bildirib: “Əgər sinir hüceyrələrinin aktivliyini dayandıran molekulları müəyyən edə bilsək, hazırda istifadə olunan opioid əsaslı müalicələrə alternativ bir üsul inkişaf etdirə bilərik.”
Tədqiqatçılar siçanları yoluxduraraq və onları nəzarət qrupları ilə müqayisə edərək sınaqlar aparıblar. Yoluxmuş heyvanların sinir hüceyrələrində immun reaksiyanın xeyli zəiflədiyi müşahidə edilib. Bu da parazitin sinirləri zəiflədərək bədənə daxil olmasını asanlaşdırdığını sübut edib.
Alimlər düşünür ki, sözügedən molekullar iki istiqamətdə faydalana bilər:
Çirkli su ilə təmasda olan insanlar üçün şistosomiazə qarşı qoruyucu müalicə hazırlamaq.
Xroniki sinir ağrılarını yüngülləşdirəcək yeni dərmanların yaradılmasına imkan vermək.
Lakin immun sistemi zəiflədən təsirlərinə görə daha çox araşdırma aparılmasının vacibliyi vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm