Əks-hücumun nəticəsindən çox şey asılıdır - Şərh
13:11 12.06.2023
Siyasət
649
Qurulacaq danışıqlar masasında təkcə Ukraynanın yox, bütöv regionun taleyi həll olunacaq
Ukrayna Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu davam edir. Ordu Donetsk vilayətinin Blaqodatnoe yaşayış məntəqəsini, Neskuçnoye kəndini azad edib. Hücum zamanı rus hərbçilər də əsir götürülüb.
Hər iki yaşayış məntəqəsi Donetsk vilayətinin Zaporojye ilə sərhəd zonasında yerləşir. Ukrayna ordusu elə irəliləyir ki, əsas zərbənin son ünvanını müəyyən etmək mümkün deyil. Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb ki, 2022-ci ilin may ayından indiyədək Rusiya Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində 60 minə qədər əsgər itirib. Bildirilib ki, Baxmut şəhərində ələ keçirilən hər 48 santimetr əraziyə görə Rusiyanın bir əsgəri ölüb və ya yaralanıb. Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən bütün könüllü dəstələrə iyulun 1-dək ordu ilə müqavilə imzalamağı əmr edib. Lakin "Vaqner" əmri dinləməyib. “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib ki, Şoyqunun verdiyi əmr Müdafiə Nazirliyinin əməkdaşlarına və hərbi qulluqçulara aiddir. Bu arada Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, Ukrayna üzrə sülh danışıqları ABŞ-dakı prezident seçkilərindən əvvəl başlamayacaq. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindəki səsvermənin nəticələrini gözləyir: “Əgər mən də çinlilər kimi Putinin dostu olsaydım, ona deyərdim ki, çox böyük səhv edib və bu səhvi tez bir zamanda düzəltsin. Çindən də gözlədiyimiz budur”.
Sherg.az siyasi şərhçi Asif Nərimanlıya istinadən bildirib ki, ABŞ-da təkcə seçkilərin nəticələri yox, seçki marafonu da Ukrayna müharibəsində kritik önəmə sahibdir. Adətən seçki prosesində ABŞ “qınına çəkilir” və bu, beynəlxalq münasibətlərdəki proseslərə təsirsiz ötüşmür:
"Vaşinqtonun diqqətinin seçkiyə yönəldiyi vaxt Pekinin aktivləşəcəyi gözləntisi də Kiyev üçün müsbət perspektiv vəd etmir. Bu kontekstdə 2024-cü ilə qədər rusları qovmaq, yaxud ən azı hərbi cəbhədə daha üstün mövqeyə nail olmaq baxımından Ukraynanın əks-hücumu taleyüklü əhəmiyyətə malikdir. Qərb mediasında Ukrayna ordusunun ilkin mərhələdə istənilən uğuru əldə edə bilmədiyi iddiaları irəli sürülür, əgər bu doğrudursa, normal hesab edilə bilər. Çünki onlar rusların möhkəmlənmiş müdafiə xəttinə qarşı vuruşurlar. Ümumiyyətlə Ukrayna müharibəsinin hərbi nəticələri ilə bağlı qeyri-müəyyənlik əvvəldən olub, hər iki tərəf öz mövqeyinə uyğun informasiya tirajlayır. Qərb mediası da bu məsələdə iki hissəyə bölünüb. Bu baxımdan, nəzərəçarpacaq nəticə olmadığı müddətdə yayılan informasiyalara inam azdır. Əks-hücumun nəticəsindən çox şey asılıdır. Mümkünlüyü sual altında olsa da, qurulacaq danışıqlar masasında tərəflərin mövqeləri arasındakı balans, o cümlədən, təkcə Ukraynanın yox, bütöv regionun da taleyini həll edəcək. Uzunmüddətli və ağır döyüşlər olacağı məlumdur. Ukrayna cəbhəsində baş verənlər Qarabağdakı proseslərin inkişafına da təsir edən amildir. Çünki Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda irəliləyişlərə nail oldu. Əks-hücum əməliyyatının başlanması bu kontekstdə bizim üçün yeni imkanlar açır. İstisna deyil ki, Ukrayna cəbhəsində döyüşlər şiddətləndikcə, rəsmi Bakı Qarabağdakı mövqelərini də irəlilədə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm