“Azərkosmos”un ixrac gəlirləri 26 % azalıb
11:30 30.11.2023
Texnologiya
1167
Bu ilin yanvar-oktyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 46 ölkəyə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə çox və 5,6 milyon ABŞ dolları (25,8 %) azdır.
“Azərkosmos”un 10 ayda xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,7 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,4 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ, 872,9 min ABŞ dolları ilə Almaniya və 622 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Təkcə oktyabrda isə “Azərkosmos” 42 ölkəyə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 6 ölkə çox və 0,7 milyon ABŞ dolları (29,2 %) azdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm