Akif Nağı: Azərbaycan Naxçıvana asan çıxışın təmininə çalışır
Yusif Sultanoğlu
04:07 07.12.2023
Siyasət
714
Ermənistandan keçəcək Zəngəzur dəhlizində hansısa yoxlamalar, gömrük prosedurları qəbuledilməzdir
Prezident İlham Əliyev ADA Universitetində keçirilən Forumda Zəngəzur dəhlizi ətrafında cərəyan edən proseslərə də münasibət bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil: "Bu bizim legitim hüququmuzdur". Prezident diqqətə çatdırıb ki, ABŞ Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanatlar eşidirik: "Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz?". Ölkə rəhbəri qeyd edib ki, belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir: "Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.
Ölkə rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı konkret bəyanlarını "Sherg.az"a təhlil edən Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, dövlət başçısı qeyri-müəyyən məsələyə aydınlıq gətirdi. Partiya rəhbəri bəyan edib ki, Prezidentin birmənalı bəyanından aydın oldu ki, Azərbaycan Naxçıvana asan, rahat və maneəsiz yolun təmin olunmasına çalışır:
"Bu məsələni bir qədər dumanlaşdırmağa çalışırdılar. Dövlət başçısının ifadələri məsələni dəqiqləşdirdi. Qeyd olundu ki, heç kim buna mane ola bilməz. Ermənistandan keçəcək Zəngəzur dəhlizində hansısa yoxlamalar, gömrük prosedurları qəbuledilməzdir. Azərbaycandan Naxçıvana, yaxud əksinə hərəkət edən vətəndaşlarımıza heç bir maneə törədilməməlidir. Üzərindən yol keçəcək həmin ərazinin Ermənistanın suverenliyində olmasına bir söz demirik. Düzdür, həmin bölgələr də bizim tarixi torpaqlarımızdır. Bəyan etmişik ki, BMT çərçivəsində tanınmış sərhədlərlə bağlı məsələmiz yoxdur. Amma həmin yoldan, dəhlizdən azərbaycanlıların tam sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılmalıdır. ABŞ rəsmilərinin də bəyanatları çox məntiqsizdir. Onlar Azərbaycanın daxili məsələlərinə, qonşu ölkələrlə əlaqələrinə qarışa bilməzlər. Əgər Azərbaycan və İran arasında Naxçıvana Araz dəhlizi adlanan yol fəaliyyətə başlayacaqsa, bunun qərarını Bakı və Tehran özləri verəcək. Amerika buna necə mane ola bilər? Bu nə diktat yanaşmadır?".
A.Nağı əlavə edib ki, onsuz da İran ərazisindən keçməklə Naxçıvana avtomobil yolu var:
"Cəmiyyətimizi maraqlandıran o idi ki, yeni yolun əvvəlkindən fərqi nə olacaq. İndi aydın olur ki, yeni yolla gediş-gəliş tam sərbəstləşəcək, yol üzərində hansısa yoxlama proseduru olmayacaq. Xatırladım ki, sovet vaxtında Zəngəzur ərazisindən keçən dəmiryolu var idi və qatarlar işləyirdi. Həmin dəmiryolu Azərbaycanın Baş Dəmiryol İdarəsinin balansında idi. Ermənistandan keçsə də, onlara tabeçiliyi yox idi. Ona görə də İrəvan yoxlama və nəzarət məsələsində özünü daşa-qayaya çox çırpmamalıdır. Zəngəzur tarixi Azərbaycan ərazisidir. Bu məsələlərin hamısına Prezidentin aydınlıq gətirməsi məqsədəuyğundur. Əsas məsələ isə odur ki, Azərbaycan Zəngəzur dəhlizinə nail olacaq. Buna mane olmaq istəyənlərə də öz mesajımızı göndərdik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm