Ermənistanda hakimiyyətin hər üç qolu tək əldən idarə olunur
Turan
09:04 28.06.2020
Siyasət
885
"Ermənistanda nəinki ordu quruculuğunda, bütövlükdə heç bir sahədə əsaslı inkişaf yoxdur. Ölkə dərin böhran içərisindədir".
Bu sözləri "Sherg.az"a politoloq Şəbnəm Həsənova deyib.
Siyasi şərhçi bildirib ki, buna səbəb ilk növbədə Ermənistanda hökm sürən diktatura rejimidir ki, bu da inkişaf perspektivlərinin olmamasını aydın şəkildə üzə çıxardır:
"Bu gün Azərbaycan Ordusu güclənir. Prezident İlham Əliyevin rəhbərliyi altında hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir. Azərbycanın işğal edilmiş torpaqlarında ermənilərin qanunsuz məskunlaşma siyasətini ölkə başçımız beynəlxalq tribunalardan dəfələrlə tənqid edib, bu ölkənin əsl simasını üzə çıxardıb. Ermənistanda diktatura rejimi hökm sürür. Ölkədə siyasi opponentlər təqib edilir, həbs olunur. Konstitusiyaya dəyişikliklərin ancaq referendumla həll edilməli olunduğu halda bu qanunsuz yollarla baş verir".
Analitik qeyd edib ki, Ermənistanda bu gün mövcud hakimiyyət bölgüsü tamamilə sıradan çıxıb:
"Hakimiyyətin hər üç qolu tək əldən idarə olunur. Bundan əlavə, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi vüsət alıb. Bu azmış kimi ölkənin baş naziri, onun ailəsi qaçaqmalçılıq, qanunsuz əməllərlə məşğuldur. Bu gün Ermənistanın rəmzi korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıqdır. Ölkədə gələcək vəd edən heç bir inkişaf perspektivləri yoxdur. İqtisadiyyatı düzgün qura bilməyən bu ölkə başqalarının əlinə möhtacdır. Avropa İttifaqından 90 milyon dollar pul dilənir. İnsanların ölkəni kütləvi surətdə tərk etməsinin nəticəsidir ki, demoqrafik böhran vəziyyəti yaranıb. Ölkənin real əhalisinin sayı 2 milyon nəfərdən azdır".
Ş.Həsənova vurğulayıb ki, bütün bunlarla müqayisədə Azərbaycan hər sahədə beynəlxalq aləmdə uğurlar əldə edir, günü-gündən güclənir:
"Prezident İlham Əliyevin düşünülmüş və müdrik siyasətinin nəticəsidir ki, ölkəmizdə sabitlik hökm sürür. İqtisadi, sosial sahədə islahatlar aparılır. Regionların inkişafı daim göz önündə saxlanılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm