“Prezidentin təklifinin dəstəklənməsi ölkəmizə böyük etimaddır”
Şəymən Bayramova
13:34 29.06.2020
Siyasət
816
Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.
130 ölkə də bu təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.
Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Yeganə Hacıyeva bu təşəbbüsü Azərbaycan Prezidentinin COVİD 19-a qarşı beynəlxalq mübarizə fəaliyyətinin bir hissəsi kimi dəyərləndirib. Azərbaycan Prezidentinin xüsusi sessiyasının keçirilməsi ilə bağlı
təşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsini isə dünya dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörməti kimi qəbul etdiyini deyib:
"Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün 130 ölkə tərəfindən dəstəklənməsinin
faydaları barədə danışırıqsa, Qoşulmama Hərəkatının keçən il ölkəmizdə keçirilən sammiti və onun nəticələrini xatırlamaq yerinə düşər. Bildiyiniz kimi Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci sammiti gedişatında siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhlükəsizlik sahəsini əhatə edən mühüm məsələlər müzakirə olunub, 10-a yaxın sənəd imzalandı. Qəbul olunmuş sənədlərin içərisində bütün iştirakçıların dəstəklədiyi dörd əsas sənəd -Bakı Yekun Sənədi” , “Bakı Siyasi Bəyannaməsi” , “Fələstin bəyannaməsi” və tədbirin yüksək səviyyədə keçirildiyini özündə əks etdirən “Azərbaycan hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədi” - diqqəti cəlb edirdi.
Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqelər Bakı Siyasi Bəyannaməsində və Azərbaycan hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədində öz əksini tapırdı.
Bakı Yekun Sənədində BMT-yə üzv olan 193 ölkədən 120-sinin dövlət və hökumət başçıları ərazilərin güc yolu ilə zəbt edilməsinin yolverilməzliyini vurğuladılar və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı tanındıqlarını qeyd etdilər.
Yəni bir sənədlə 120 dövlət Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın ərazilərimizi işğalı faktını tanıdı. Bu isə dünyada beynəlxalq birliyin subyekti olan dövlətlərin 63 faizinin Ermənistanı işğalçı kimi tanımağı anlamına gəlir".
Konkret məsələyə gəldikdə isə Y.Hacıyeva deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə imkan yaradacaq, qlobal səviyyədə koronovirusla mübarizədə, ölkələrin təcrübələrinin bölüşməsi, birgə həll yollarının axtarılması istiqamətində ölkələrin siyasi səfərbərliyinin təşkili olacaq:
"Ötən ay Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdi.
Azərbaycanın prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu görüş beynəlxalq münasibətlərdə yeni yanaşma olan vacib sosial, iqtisadi, siyasi mövzular ətrafında rəqəmsal siyasi səfərbərlik təşəbbüsləri qlobal böhran vəziyyətlərində problemlərin həllində virtual əməkdaşlığın faydalılığını üzə çıxartmışdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm