Rusiya XİN: Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox
11:41 06.12.2023
Siyasət
366
Rusiya sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycana Moskvada və üçüncü ölkələrin ərazisində keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün təkliflər göndərib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyanın təklifinə müsbət cavab verib: “Bakı bizə hər zaman danışıqların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Təəssüflər olsun ki, erməni tərəfdaşlarımızla bağlı bunları deyə bilmərik. Mümkündür ki, onlar hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni “məsləhətçi”lərin daha maraqlı, daha yaxşı, daha səmərəli təkliflər verə bilərlər. Bilmirəm, düşünürəm ki, hər zaman əvvəlki təcrübəyə, qonşuların təcrübəsinə baxmaq lazımdır. Bu, hər zaman faydalıdır. Avropa İttifaqının müşahidəçilərinin, Praqa və Brüsseldə olanların nəyə gətirib çıxardığını biz hamımız gördük. Ola bilsin ki, erməni xalqı hər şeydən xəbərdar deyil. Ona görə ki, erməni xalqını hər şey barədə məlumatlandırmırlar”.
Zaxarova erməni xalqına xəbərdarlıq edərək bildirib ki, ən yaxın “dostları”nın (Qərb ölkələri-red.) Ermənistana məsləhətləri növbəti sürprizə gətirib çıxaracaq: “Bir daha qeyd edirəm, məhz Praqa və Brüsseldə bu cür baş vermişdi. Məhz qərblilərin əli ilə… Mən bunu vurğulamaq istəyirəm. Başa düşürəm ki, sözlərim Ermənistanın müvafiq KİV-ləri tərəfindən təhrif ediləcək. Məhz qərblilərin məsləhəti ilə müvafiq sənədlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə bir kəlmə də qeyd olunmamışdı. Qərbli məsləhətçilərə inanmaq istəyən kimsə indi bu barədə düşünürmü? Əgər bu müddəalar sənəddə yazılsaydı, o zaman indi İrəvanda hakimiyyətə ümid edərək öz evlərini tərk edən insanlarla bağlı nə etmək məsələsi yaranmazdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm