Yeni Taliban hökuməti dünyaya nələr vəd edir?
Banuçiçək Kalbalıyeva
11:34 21.08.2021
Siyasət
636
Artıq məlum olduğu kimi, Əfqanıstanda indiyədək terror hərəkatı kimi tanınan Taliban qruplaşması hakimiyyəti ələ alıb, yeni hökumət formalaşdırılıb. ABŞ qoşunlarının ölkədən çıxması çoxları üçün təəccüblüdür. ABŞ prezidenti Co Bayden bu barədə danışarkən Talibanın ölkəyə nəzarətinin ilin sonuna proqnozlaşdırıldığını deyib. Onun sözlərinə görə, yaxın zamanda Əl- Qaidənin ölkəyə girməsi istisna deyil. Görünür, Baydenin hansısa planları var.
İndi əsas məsələ Taliban hökumətinin nə qədər dayanıqlı olacağıdır. Əlbəttə, bu, hər şeydən əvvəl onun özündən asılıdır. Yenə 1996-2001-ci illərdə olduğu kimi, radikal addımlar atsa, bu, ona baha başa gələ bilər. Deməli, əksinə, xalqın rəğbətini qazanmağa çalışmalıdır. İkinci bir tərəfdən isə, beynəlxalq siyasəti kifayət qədər uğurlu olmalıdır. Dünya dövlətləri, xüsusilə güc sahibləri ilə doğru-düzgün münasibətlər qurmağa çalışmalıdır.
Artıq dünya dövlətləri Talibanla bağlı münasibət bildirməyə başlayıblar. Rusiya, İran və Çin narahatdırlar. Onları qorxudan, çox güman, yeni hakimiyyətin Mərkəzi Asiya regionunda təsir qüvvəsinin artacağıdır.
Hakimiyyətinin ilk dövründə olduğutək yenə də Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan sözügedən quplaşmanı tanıyacaqlarını deyiblər. Həmçinin qardaş ölkə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Taliban barədə müsbət mesajlar verməkdədir. O,bildirib ki, hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir: “Daha əvvəl də Taliban liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də Taliban liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”.
Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə sülhməramlıları heç zaman hərbi əməliyyatlarda istifadə edilməyib:“Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaq”. Türkiyə Prezidenti əlavə edib ki, Əfqanıstandan ümumilikdə 552 Türkiyə vətəndaşı təxliyə edilib.
Əlbəttə, hələlik hansısa dövlətin kokret qərar verməsi üçün tezdir. Yəqin, bunun üçün ən azı bir il vaxt lazımdır.
Rəsmi Bakı isə, şübhəsiz ki, qərar vermək üçün tələsməyəcək. Amma, zənnimcə, yuxarıda adını çəkdiyim dövlətlərin Talibana müvafiq münasibətlərini nəzərə alsaq, narahat olmağa dəyməz. Əksinə, bizi istəməyənlər daha çox təlaş keçirməlidirlər.
Talibanın terror təşkilatı olduğu, xeyli sayda dinc insanı öldürdüyü faktdır. Elə buna görə də “Əfqanıstandakı yeni hakimiyyəti tanımalıyıqmı?” sualına birmənalı cavab vermək çətindir. Bundan sonra Taliban(və ya “pultu” kimlərin əlindədirsə, onlar) özü öz taleyini müəyyənləşdirəcək. Ümid edək ki, hərəkat hakimiyyətinin ilk dövründəki səhvlərdən nəticə çıxaracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə