Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı
Yusif Nəzərli
04:29 23.06.2025
Sağlamlıq
496
Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümüklərin və əzələlərin möhkəmlənməsinə təsir edir. Bu nəticə Cənubi Koreya alimləri tərəfindən aparılmış tədqiqatla əldə olunub.
Bu barədə "Nature Communications" (NatCom) jurnalında dərc olunan elmi araşdırmada bildirilir.
Araşdırma Koreya Bioloji Elmlər və Biotexnologiya İnstitutu ilə Çxonnam Milli Universitetinin əməkdaşları tərəfindən həyata keçirilib. Onların müəyyən etdiyinə görə, CLCF1 (sitokin faktoru) adlı zülal əzələlər tərəfindən fiziki fəaliyyət zamanı ifraz olunur və əzələlərlə sümüklərin güclənməsində mühüm rol oynayır.
Alimlər bildiriblər ki, gənc iştirakçılarda cəmi bir məşqdən sonra bu zülalın səviyyəsi qanda nəzərəçarpacaq dərəcədə yüksəlir. Yaşlı insanlarda isə bu təsir yalnız 12 həftəlik müntəzəm məşqlərdən sonra müşahidə olunur.
Siçanlar üzərində aparılan təcrübələr də bu nəticələri təsdiqləyib: yaşlı siçanlara CLCF1 yeridildikdə onların əzələ gücü və sümük sıxlığı artıb, zülalın fəaliyyəti bloklandıqda isə fiziki məşqlər təsirsiz olub.
Tədqiqatın rəhbəri doktor Yen Rül Yan qeyd edib ki, bu zülal əzələ hüceyrələrində mitoxondrilərin fəaliyyətini gücləndirir, sümük toxumasının dağılmasını ləngidir və yeni toxumaların böyüməsini stimullaşdırır. Bu da izah edir ki, niyə yaşlandıqca fiziki fəaliyyətin təsiri azalır. Həmçinin bu kəşf yaşla bağlı xəstəliklərin, məsələn, osteoporoz və sarkopeniyanın müalicəsi üçün yeni yanaşmaların inkişafı üçün imkanlar açır./hit.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya