Yeni mövsümdə sərvət qazanacaq

Məşhur türk aktrisa Serenay Sarıkaya yeni mövsümdə sərvət qazanacaq.

OLAY yazır ki, Serenay mükafatlı rejissor Doğuş Algünün “Sevdiyim İnsanlar” filmində baş rolu canlandırmağa hazırlaşır.

Digər tərəfdən, aktrisa siması olduğu 3 brenddən 2-si ilə əməkdaşlıq müqaviləsini yeniləyib.

Məşhur aktrisa siması olduğu bankla 6-cı, cins geyim markası ilə isə 12-ci dəfə əməkdaşlıq müqaviləsini uzadıb.