On minlərlə abituriyent informasiyasız qalır: Kamran Əsədov DİM-ə sərt irad tutdu
15:09 31.07.2025
Elm və Təhsil
362
“Jurnal bir gün qalmış çıxır, minlərlə gənc tələsik qərar verir”
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün qruplar üzrə avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, “Abituriyent” jurnalının 4 nömrəli buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.
Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib ki, hələ qabiliyyət imtahanları və apellyasiyalar davam edir: “İxtisas seçimi 10 gün davam edəcək”. Qeyd edilib ki, magistraturaya boş qalan plan yerlərinə ixtisas seçiminin də avqustun ortalarında həyata keçirilməsi nəzərdə tutulub.
Təhsil eksperti Kamran əsədov Sherg.az-a açıqlamasında bu sahədəki sistematik boşluqlara diqqət çəkərək, informasiya siyasətində şəffaflıq və planlaşdırmanın zəruriliyini gündəmə gətirib:
“Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə ixtisas seçimi cədvəli ilə bağlı açıqlaması bir daha göstərir ki, abituriyentlərin məlumatlandırılması məsələsində ciddi boşluqlar var. 2025-ci il üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək keçiriləcək, lakin “Abituriyent” jurnalının 4-cü buraxılışının və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçalarının bu prosesə cəmi bir gün qalmış nəşr olunması, seçim edən gəncləri faktiki olaraq vaxt məhdudiyyətinə məhkum edir. Bu, on minlərlə abituriyentin gələcək taleyini təsir edən bir qərarı tələsik və qeyri-obyektiv məlumatlarla verməsinə səbəb olur.
Dünyanın inkişaf etmiş ölkələrində təhsil seçimi prosesində şəffaflıq və vaxtında məlumat təminatı əsas prinsiplərdən biridir. Məsələn, Almaniyada universitetlər üzrə qəbul planları və ixtisas məlumat kitabçaları imtahanlar bitdikdən dərhal sonra, yəni seçimdən ən azı bir ay əvvəl abituriyentlərin ixtiyarına verilir. ABŞ-da isə universitet məlumat bazaları və ixtisas kataloqları onlayn platformalarda daim yenilənir və abituriyentlər qəbul imtahanından xeyli əvvəl bu məlumatlara çıxış əldə edir. Azərbaycanda isə bu məlumatların vaxtında verilməməsi abituriyentləri ya sosial şəbəkələrdə yayılan qeyri-rəsmi məlumatlara üz tutmağa, ya da seçim zamanı təsadüfi qərarlar verməyə məcbur edir.
Reallıq budur ki, universitetlərin plan yerləri və ixtisas məlumatları artıq çoxdan təsdiqlənmiş olur, hətta sosial şəbəkələrdə paylaşılan qeyri-rəsmi cədvəllər rəsmi “Abituriyent” jurnalından daha tez yayımlanır. Dövlət İmtahan Mərkəzinin bu sahədə planlaşdırma zəifliyi səbəbindən, informasiya təminatı ilə bağlı məsuliyyət yalnız valideynlərin və abituriyentlərin üzərinə yüklənir. Əslində isə, bu məsələnin qanunvericiliklə dəqiq tənzimlənməsi vacibdir. “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində təhsil alanların məlumatlandırılması dövlətin vəzifəsi kimi göstərilir, lakin faktiki olaraq bu öhdəlik yerinə yetirilmir”.
K. Əsədov qeyd edib k, əgər DİM ixtisas seçimi ilə bağlı jurnal və kitabçaları ən azı avqustun 3-4-də çap edib satışa çıxarsa, abituriyentlərin məlumatları analiz etməyə, universitet və ixtisaslar arasında müqayisə aparmağa daha çox vaxtı olar:
“Bu dəyişiklik həm qəbul prosesində şəffaflığı artırar, həm də gələcəkdə ixtisasını dəyişmək məcburiyyətində qalan yüzlərlə gəncin sayını azaldar. Təhsil siyasəti yalnız imtahan keçirməkdən ibarət deyil, bu imtahanın nəticəsində gəncin həyatına təsir edən düzgün qərar verməsinə şərait yaratmaqdır.Dövlət İmtahan Mərkəzi bu istiqamətdə vaxtında informasiya təminatını təşkil etmədiyi üçün hər il minlərlə gənc seçimini tələsik edir, nəticədə ya yanlış ixtisas seçir, ya da illərlə işsiz qalır. Bu, sadəcə təşkilati məsələ deyil, ölkənin insan kapitalının inkişafına birbaşa zərbədir. İxtisas seçiminə dair məlumatların vaxtında təqdim edilməsi artıq lüks deyil, təhsil sisteminin normal işləməsi üçün zəruri şərtdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm