Tələbələrə kreditin verilməsi pozitivdir, amma...”  - Tələbələrə iş verilsin!

“...Onların sonradan işlə təmin olunması önəm kəsb edir”

“Əgər işlə təmin edilməsələr, kreditin geri qaytarılması zamanı problemlər ortaya çıxacaq”

 “Tələbələrə iş tapılmasında kömək edilməsi vacibdir”.
Bu barədə “Sherg.az”a təhsil kreditinin verilməsindəki mübahisəli məqamlardan danışakən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, mexanizmin işləkliyi praktiki tətbiq olunduğu zaman aydın olacaq:

“Təhsil kreditlərinin geri qaytarılması prosesində hansı dəyişikliklərin ediləcəyi məsələnin maraqlı tərəflərindən biridir. Ümumilikdə isə tələbələrə kreditin verilməsi pozitiv addımdır. Lakin onların sonradan işlə təmin olunması önəm kəsb edir. Əgər işlə təmin edilməsələr, kreditin geri qaytarılması zamanı problemlər ortaya çıxacaq. Bir çox ölkədə böyük şirkətlərin təmsilçiləri  təhsil krediti olan tələbələri izləyib onları öz şirkətlərinə dəvət edirlər. Azərbaycanda təəssüf ki, belə bir praktika yoxdur.
Tədbirlər çərçivəsində əmək bazarında təhsilli insanların yeri və rolu artırılmalıdır. İşlək mexanizm yaratmağın mümkün yolu budur”.

Xanlar ƏLİBƏY