2018-ci ildə işsizliyin sayı azalacaq
07:44 30.10.2017
Arxiv
676
Çünki özünüməşğulluqla bağlı xeyli vəsait ayrılacaq
Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilir ki, bu tədbirlərin 2018-2021-ci illər ərzində həyata keçirilməsi planlaşdırılır. Layihəyə əsasən, sahibkarlığın, kiçik və orta biznesin inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi həvəsləndirmənin təmin edilməsi planlaşdırılır.
Bununla yanaşı, qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, onlar arasında sahibkarlığın və özünəməşğulluğun inkişaf etdirilməsi, işsiz və iş axtaran qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi nəzərdə tutulur.
Bəs, yeni layihənin tətbiqi həqiqətən də ölkədə işsizlik problemini aradan qaldıra bilərmi?
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramovun sözlərinə görə, yeni layihədə əsas məsələ özünüməşğulluğun icra edilməsindən gedir:
"Nəzərə alsaq ki, özünüməşğulluğun təmin edilməsi ilə bağlı proqram həyata keçirilir. Proqrama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusən də regionlarda işləməyən vətəndaşlarımızın öz bizneslərini qurmasına yardım edir. Biz əvvəlki illərdə də ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramıyla əvəz edilməsini təklif edirdik.
Nəticə etibarı ilə artıq 2016-cı ildən tətbiq edilməyə başladı və gözlənilir ki, 2017-ci ildə məhz bu istiqamətə ayrılan vəsaitin həcmi artırılacaq. Eyni zamanda özünüməşğulluqla bağlı daha çox işlərinin yaradılacağı gözlənilir. Sözsüz ki, yeni layihə özünüməşğulluq və məşğulluğun təmin edilməsi ilə bağlı ayrılan vəsaitin əksikliyinin aradan qaldırılmasına birmənalı şəkildə müsbət təsir göstərəcək. Amma işsizliyin aradan qaldırılması zaman alan bir məsələdir və bunun mərhələli şəkildə həyata keçirilməsi lazımdır. Bütün hallarda 2018-ci ildə bu istiqamətə vəsaitin ayrılması işsizlərin sayının azalmasına gətirib çıxaracaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya