"Azərbaycan Ermənistanın nazı ilə çox oynamayacaq"- EKSPERT
15:30 13.12.2016
Arxiv
1158
Azərbaycan işğalçı dövlət olan Ermənistanın Dağlıq Qarabağda təlim keçirməsinə sərt münasibət bildirməlidir.
Bunu Sherg.az-a Erməni silahlı bölmələrinin Azərbaycanın işğal altında olan ərazilərində növbəti hərbi təlimlərə başlamasına münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, bu təlimlər rəsmi Bakını təxribata çəkmək məqsədi daşıyır:
"Dekabrın 12-də Ermənistan prezidenti qondarma Dağlıq Qarabağ dövlətinin qondarma rəhbərliyi ilə işğal altındakı ərazilərə səfər etdi. Daha sonra hərbi təlimlərin keçirilməsi yalnız Azərbaycana deyil, beynəlxalq qurumlara da meydan oxumaqdır. Çünki bununla ATƏT kimi beynəlxalq təşkilatların Ermənistan qarşısında acizliyi açıq şəkildə özünü göstərir və bu təkrarlanır. ATƏT-in Minsk qrupunun həmsədrləri məlum sayğısızlığa münasibət bildirmir. Sual yaranır ki, bəs onda bu təsisat nə işə yarayır? Keçən həftə təşkilatın sədri yeni strukturun üzərində işləndiyini bəyan etdi. Yeni strukturun Dağlıq Qarabağda insidenti araşdıracaq şəxslərdən ibarət olacağı bildirilib. Azərbaycan bu məsələdə öz kəskin fikrini bildirməli və düşmənə xəbərdarlıq etməlidir. İşğal olunmuş Azərbaycan ərazilərində təlimlərin keçirilməsi bütün hədləri aşmaq deməkdir. Ermənistan və onun havadarları Azərbaycanın onların nazı ilə oynamayacağını və öz torpaqlarını gec-tez işğaldan azad edəcəyini anlamalıdır”.
Ekspert onu da əlavə edib ki, bu təlimlərin təmas xəttinin Azərbaycan hissəsində heç bir təhlükəsi yoxdur: "Azərbaycan silahlı Qüvvələrinin malik olduğu hərbi təchizat elə səviyyədədir ki, düşmənin həmin artilleriyasını məhv edə bilər. Ona görə də, təhlükəsizlik baxımından narahatçılığa əsas yoxdur".
Qeyd edək ki, Erməni silahlı bölmələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti hərbi təlimlərə başlayıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm