Azərbaycana satılan “Polonez” raket sistemlərinin yeni sınağı: 300 kilometr...
16:36 26.10.2017
Arxiv
642
Bu gün oktyabrın 26-da Belarusun Qomel vilayətində "Polonez” reaktiv yaylım atəşi sisteminin modernizə olunmuş variantının sınağı keçirilib. Virtualaz.org xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin saytı bildirir.
Xəbər verildiyi kimi Azərbaycanın Belarusdan "Polonez” sistemlərini almasına dair razılaşma əldə edilib. Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənovun bir neçə gün əvvəl Minskə səfəri zamanı danışıqlar aparılıb. Z.Həsənov "Polonez” sistemlərinə baxış keçirib. BMT-nin Adi Silahlara dair Reyestrində yer alan məlumata görə Azərbaycan ötən il silah alınması üçün Belarusa 180 milyon dollar ödəyib. Ehtimal olunur ki, bu "Polonez” sistemlərinin alınması üçün ödənilən avansdır.
Belarus Müdafiə Nazirliyi bildirir ki, "Polonez” raket sistemlərinin modernizə edilmiş versiyasının sınağı uğurlu keçib. Sistemdən buraxılan raketlər 300 kilometr məsafədə təyin olunmuş hədəfi yüksək dəqiqliklə vurub. Bundan əvvəl "Polonez” sistemlərinin təchiz olunduğu raketlər hədəfi 200 km. məsafədən vura bilirdi. Ötən il Belarus Müdafiə Nazirliyi raketlərin uçüş mənzilinin 300 km-ə qaldırılması üzərində işlərin getdiyini açıqlamışdı.
Bu günkü raket atışları zamanı raketlər əhalinin sıx yaşadığı yaşayış məntəqələri üzərindən uçub, nəticədə sistemin dəqiqliyinə dair əlavə tələblər qoyulub. "Raketlərin marşrutu yaşayış məntəqələri üzərindən keçib və bütün marşrut boyu uçuş korrektə edilib. Raketlər təyin olunmuş hədəfləri yüksək dəqiqliklə vurub və uçuş mənzilinə, dədiqliyə dair texniki xarakteristikanı tam təsdiq edib”-nazirliyin məlumatında deyilir.
Ehtimal edilir ki, "Polonez” sistemlərinin bu günkü sınağı zamanı Çin istehsalı olan, 301 mm kalibrli A200 raketlərinin modernizə edilmiş variantı istifadə edilib. Bu silah sisteminin işlənib hazırlanması və sınaqların keçirilməsinin bütün mərhələlərinin Azərbaycanın dəstəyi ilə baş verdiyi təxmin edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya