Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın tutuldu




Bakıda qadınları fahişəliyə cəlb edən şəxs tutulub.

Lent.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Cinayət Məcəlləsinin 243 (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları təşkil etmə) maddələri ilə axtarışda olan 1976-cı il təvəllüdlü Səlifova Nazilə Salman qızını yaxalayıblar.

Onun ətrafında araşdırmalar aparılır.