Baş infeksionistdən əhaliyə XƏBƏRDARLIQ
07:27 08.12.2020
Arxiv
358
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov epidemioloji vəziyyətdən danışıb və bir sıra digər məqamlara aydınlıq gətirib.
O bildirib ki, aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir:
“Yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də, qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır. Vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar.
Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizin ən əziz insanları da qurban seçə bilər. Məhz belə bir şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq”.
Baş infeksionist bildirib ki, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir:
“Bu bir çoxlarında belə təəssürat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir. Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyələr alaraq bunları icra edirlər.
Təbii ki, bu tövsiyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Xüsusən də evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər.
Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi tövsiyələri icra etməlidir.
Belə şəxs birinci növbədə evdə özünü təcrid etməli, maska geyinməli, digər ailə üzvlərinin də maskadan istifadə etməsinə, evdaxili təmasların minimallaşdırılmasına, otaqların tez-tez havalandırılması və s. kimi qoruyucu tədbirlərin əməl olunmasına nail olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yayda isti çay içməyin faydaları
04:30 02.08.2026
Sağlamlıq
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə