Böyük zəka: Məhəmməd 14 yaşında universitetə başlaya bilər

"NASA-ya qatılmaq istəyirəm, kosmosla əlaqədar işlərim var"
İzmirdə böyük zəkasıyla müəllimlərini təəccübləndirən Məhəmməd Hakan Nayiş (10), təhsil aldığı 6-cı sinifdə dərslərin ona çox asan gəldiyini bildirərək, "Təhsil nazirimizə səslənirəm. Mən və mənim kimi şagirdlər üçün ikinci dəfə sinif adlamaq imkanı verilsə, daha müvəffəqiyyətli ola bilərik. Beləcə 14 yaşında universitetə başlayaraq ölkəmə daha faydalı ola bilərəm" deyib.
İzmirdə yaşayan 10 yaşlı Məhəmməd Hakan Nayiş, müvəffəqiyyətiylə hər kəsi təəccübləndirir. 2 yaşında oxumağı, yazmağı öyrənən Məhəmməd, şagirdi olduğu Güzelyalı orta məktəbində yüksək zəka səviyyəsinə görə özündən 2-3 yaş böyük şagirdlərlə təhsil alır. Akademik zəkası ilə müəllimlərini çaşdıran Məhəmmədin IQ səviyyəsi (zəka səviyyəsi) də 160-a çıxıb. 4 yaşındaykən ibtidai sinifə başladığını və nazirliyin təlimatı ilə birinci sinifi adladığını ifadə edən Məhəmməd, onun kimi şagirdlər üçün ikinci dəfə sinif adlamaq imkanı verilməsi ilə bağlı təhsil naziri İsmət Yılmaza səslənib.
"14 yaşımda universitetə gedərək, ölkəmə daha faydalı ola bilərəm"
Milli Təhsil Nazirliyinin üstün qabiliyyətli uşaqlar üçün qərar çıxarmasını istəyən Məhəmməd, "Bu dərslər, 6-cə sinif mənə asan gəlir, bu səbəblə 7-çi sinifə adlamaq istəyirəm. Milli Təhsil Nazirliyi bu mövzu ilə əlaqədar bir qərar çıxarsa, mən və mənim kimi uşaqlara daha müvəffəqiyyətli olar. Bu şəkildə ölkəmə daha faydalı olacağımı düşünürəm. Mən 8 yaşımda ibtidai məktəbi bitirdim. Əgər 7-çi sinifə adlasam 14 yaşımda universitetə gedə bilərəm və bu sayədə də ölkəmə daha çox xeyir verə bilərəm " deyib.
Sinif yoldaşları ondan 2-3 yaş böyükdür
Özündən 2 və 3 yaş böyüklərlə təhsil aldığına diqqət çəkən Məhəmməd, "Hazırda özümdən 2-3 yaş böyüklərlə oxuyuram və yaxşı da uyğunlaşıram. Mən zatən dərslərdə işlənən mövzuları bilirəm. Bu səbəblə dərslər mənə sadə gəlir." bildirir.
"NASA-ya qatılmaq istəyirəm, kosmosla əlaqədar işlərim var"
Böyüdüyündə mühəndislik, arxitektura, elm, astronomiya, tibb kimi sahələrdə təsirli olmaq istədiyini izah edən Məhəmməd, "Mən bir neçə sahəni öyrənmək istəyirəm. NASA-ya qatılmaq istəyirəm. Kosmosa böyük marağım var. Bununla əlaqədar işlər görmək istəyirəm və edirəm də. Məktəbimdə kosmosla əlaqədar "kosmos kitabı” adında bir proyekt hazırladım. İçində kosmosa dair oyun kartları və bilməcələr yer alıb. Bu kitabı məktəbə təqdim etdim" deyir.
Müəllimlərini çaşdırır
Məhəmmədin müvəffəqiyyətli bir şagird olduğunu ifadə edən məktəb müdiri Özcan Bakır, "Məhəmməd çox müvəffəqiyyətli bir şagirddir. Onun ən əhəmiyyətli xüsusiyyəti yoldaşlarından 2 yaş daha erkən məktəbə başlayıb, onlarla birlikdə mübarizə etməsidir. Yoldaşları Məhəmməddən iki yaş böyükdür və Məhəmməd xüsusi hesabatla bir il sinif adlayaraq bu sinifə gəlib. Yoldaşlarından 2 yaş kiçik olmasına baxmayaraq bütün akademik dərslərdə, bütün ictimai əlaqələrdə çox gözəl bir şəkildə iştirak edir " deyib.