Bu “ədəb”lə hakimiyyətə iddia edirlər…
13:26 24.10.2018
Arxiv
558
Chingiz Aghasi: O puldan sizədəmi çatır? Hesabat istəmək nə.zamandan vicdansızlıqdı? Sizin məntiqinizlə hakimiyətdəkilərdəndə hesabat istəmək olmaz
Eldaniz Quliyev: Chingiz Aghasi , mәnim mәntiqimlә siz bilmәdiyiniz mәsәlәyә qarışırsınız, demәli, burada "yuyulmamış qaşıq” funksiyasını yerinә yetirirsiniz… Ritorikanıza diqqәt etmәsәniz bloka göndәrmәli olacam.
Qurban Məmmədov: Eldaniz Quliyev , səndəmi blok siyasətinə keçdin, Eldəniz? nə tez. şair necə deyib: "Eldənizin bir barmağın kəssən, dönüb haqdan qaçar. Gör bu məzlum aşiqi sərpa söyərlər, ağrımaz…”. "MOLODES”, Eldəniz.
Təqdim edilən bu sitatlar özünü yazıçı, kinodramaturq və ziyalı kimi cəmiyyətə tanıtmaq üçün illərini xərcləyən, amma hələ də ciddi bir uğur qazana bilməyən Eldəniz Quliyevin Facebook səhifəsindəndir. Heç bir müdaxilə olmadan təqdim edirik. 22 oktyabrda "Qurban Mәmmәdov, hәr şey bir qırağa… Әzab-әziyyәt içindә qovrulan siyasi mәhbus ailәlәrinin çörәk puluna tamah saldığın üçün sәn VİCDANSIZSAN!” deyə başlatdığı müzakirədə küçə söz-söhbətinin biri bir qəpikdən də ucuz qiymətə təklif edilir. Açığı, özünü müxalif sayan, Azərbaycan hakimiyyətinin hər addımını təftiş edən və "rejimi” devirməyə çağırış edənlərin bu qədər aşağı enməsi normal insanda sual doğurmaya bilməz.
Yaddan çıxmamış qeyd edim ki, bu müzakirə (əslində qarşılıqlı təhqirləşmə) uzun-uzun davam edib və başqa şəxsləri də ağuşuna alıb. O şəxslər də müxalifdir, Azərbaycanda heç nəyi bəyənmirlər və "rejimi” dəyişmək çağırışları edirlər…
Maraqlıdır ki, belə bir üslubda hələ öz aralarında "müzakirə” aparanlar, iraq-iraq, birdən rəsmi dövlət vəzifəsi, parlament kürsüsü tutmuş olsaydılar nə baş verərdi? Yəqin ki, parlamentdə söyüşün biri bir qəpik, dövlət vəzifəsində də qarşılarına çıxana bir təpik olardı…
Deyəsən, onların üslubu mənə də bulaşmağa başlayır axı. Oxuculardan üzr istəyib fikirlərimi ədəb çərçivəsində davam etdirmək istərdim. Özü də ciddi bir şəkildə.
Bu "müzakirə”yə diqqət ayırmağım, yuxarıda da qeyd etdiyim kimi, onunla bağlıdır ki, adı keçən zati-möhtərəmlər hakimiyyət iddialı müxaliflərdir. Təbii ki, onların haçansa hansısa formada hakimiyyət sahibi olacaqları mümkünsüzdür. Amma indiki gündə ictimai rəyə təsir etməyə çalışmaqları bir gerçəkdir və bizim də vəzifəmiz onların əsl mahiyyətini cəmiyyətə tanıtmaqdır ki, sadə – saf qəlbli insanlarımız aldanmasınlar.
Belə anlaşılır ki, ortada hansısa maliyyə söhbəti var. Daha doğrusu, bunların "siyasi məhbus” adlandırdıqları adamları bəhanə edərək topladıqları pulların mənimsənilməsi baş verib. Yəni bunu da bunlar edir. Ki, bu adamlar Azərbaycan hakimiyyətini ikidə bir rüşvətdə, pul mənimsəməkdə ittiham edirlər…
İndi tutaq ki, lap kimsə hansısa ad altında toplanmış pulu mənimsəyib. Yaxud da belə şübhələr var. Sual olunur: bu məsələni ədəb və əxlaq çərçivəsində araşdırmaq, müzakirə etmək olmazmı? Mənə görə olar. Amma bunlara görə olmaz. Əməllərindən belə anlayıram. Niyə olmaz? Ona görə olmaz ki, bu "siyasi mücahidlər”in olan-qalan ədəbi elə belə "müzakirələr”ə yetəcək qədərdi. Özü də bu "ədəb”lə hakimiyyətə iddia edirlər…
Və ən adi ədəb qaydalarını gözləməyi bacarmayanların siyasi iddialarla çıxış etməsi, özəlliklə də mövcud hakimiyyətə alternativlər təklif etməyə haqqı çatırmı? Məncə çatmır. Çata da bilməz. Çünki bunlar hələ davranış qaydalarını öyrənsinlər, ondan sonra siyasi iddialarla çıxış edərlər…
Lakin davranış qaydalarını da öyrənə bilməyəcəklər. Çünki əvvəlcədən o başa sahib deyildilər, üstəlik də artıq yaş o yaş deyil ki, nəyisə öyrənib mənimsəyə bilsinlər…
Sonda: Bu yazımı onlar yazıya layiq olduğu üçün yazmadım. Sadəcə ona görə yazdım ki, belə adamlarla siyasi müxalifətçilik etmək istəyənlər bir daha düşünsünlər…
Azər HƏSRƏT,
azer@azerhasret.com
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə