“Bu il tranzitdən 1 milyard dollara yaxın gəlir qazanılacaq" - Bakı-Tbilisi-Qars
11:46 30.10.2017
Arxiv
764
Vahid Əhmədov: "Eyni zamanda bu layihənin həyata keçirilməsi müstəqilliyimizin əbədi olması üçün vacibdir "
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun həm siyasi, həm də iqtisadi cəhətdən böyük əhəmiyyəti var”.
Bu barədə "Sherg.az”a iqtisadçı - millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, dəmir yolunun iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu il ərzində planlaşdırılan yüklər daşınarsa, sadəcə tranzitdən 1 milyard dollara yaxın gəlir qazanılacaq:
"İlk olaraq, dəmir yolu ilə təxminən 1 milyona yaxın sərnişin, 6,5 milyon tona yaxın yük daşınacaq. Amma gələcəkdə dəmir yolu tam şəkildə istifadə edildikdə isə 3 milyona yaxın sərnişin, 20 milyon ton yük daşıması nəzərdə tutulur. Bəzi mənbələrdə bu rəqəm 50 milyon tona yaxın göstərilir.
Ümumi dəyərləndirdikdə bu çox əhəmiyyətli layihədir.
Vaxtilə BTQ-nin həyata keçirilməsinə mane olan qüvvələr çox idi. Hətta bəzi dövlətlər bunun Ermənistan ərazisindən keçməsinin tərəfdarı idi. Lakin prezident İlham Əliyevin iradəsi nəticəsində bu layihə həyata keçirildi”.
Dəmir yolunun çəkilməsinin siyasi əhəmiyyətinə gəlincə deputat vurğulayıb ki, bu, Azərbaycanda indiyə qədər həyata keçirilən əhəmiyyətli, iri layihələrdən biridir:
"İri layihələr, 1994-cü ildə bağlanan "Əsrin müqaviləsi”, 2013-cü ildə TANAP və TAP layihəsidir. Üçüncü iri layihə isə ölkə başçısının xarici şirkətlərlə imzaladığı neft layihəsidir. 21-ci əsrin üçüncü, müstəqillik dövrümüzün isə 4-cü böyük layihəsi isə Bakı-Tbilisi-Qars dəmir yoludur. Belə layihələr o dövlətlərdə həyata keçirilir ki, orada stabillik olsun, ciddi problemlər yaşanmasın.
BTQ Azərbaycanın müstəqilliyi üçün də önəmlidir. Çünki iri dövlətlər bu layihədə iştirak edir. Çin kimi böyük dövlət bu dəmir yolundan istifadə edir. Həmçinin BTQ Avropanı və Asiyanı birləşdirən çox əhəmiyyətli layihədir. Eyni zamanda bunun həyata keçirilməsi müstəqilliyimizin əbədi olması üçün vacibdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə millətimi təbrik edirəm!”
Qeyd edək ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual