"Bu təklif reallaşarsa, bir mənzilin bir neçə şəxsə satılması halı yaşanmaz" - Effektiv düşüncə
09:22 27.10.2017
Arxiv
1114
Sahib Məmmədov:"Təklifdə qeyd olunur ki, investor ev tikib, satmaq istəyir. Texniki mərtəbəni tikəndən sonra bura payçılar cəlb edə bilər. Payçılar pulu ödədikcə, bu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınır"
" Bir mənzilin iki və daha artıq şəxsə satılması hallarını aradan qaldırmaq üçün 2007-ci ildə təkliflər verilib”.
Bunu "Sherg.az”a Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.
O bildirib ki, rəhbəri olduğu təşkilat bu haqda təklifləri təqdim edib:
"Bu məsələləri tənzimləmək üçün tikintidə paylı iştirak haqqında qanun layihəsi hazırladıq. Burada başqa ölkələrin praktikasını nəzərə almaq şərtdir. Məsələn, hansısa investor ev tikib, satmaq istəyir. Texniki mərtəbəni tikəndən sonra bura payçılar cəlb edə bilər. Payçılar pulu ödədikcə, bu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınır. Beləliklə, sığortalanmış olur. Nəhayət tikinti başa çatır. Əgər hər hansı problem çıxsa, investor iflasa uğrasa, gözlənilməz hadisə baş versə, sığorta şirkəti dəyən ziyanı kompensasiya edir.
Bununla mənzil alıcısı bilir ki, haqları qeydə alınır. Yəni, tutaq ki, onun üçün ayrılmış 16-cı mənzil tikilməkdə olan mənzil kimi Dövlət Reyestrində qeydiyyatdadır. Bu zaman mənzilin başqasına satılması mümkün olmayacaq.
Bu, çətin proses deyil. Sadəcə alıcının bir qədər xərci arta bilər. Amma risk sıfır olacaq. Bina tikilməzsə belə, sığorta şirkətindən dəymiş zərəri almaq mümkün olur.
Bizdə həmin layihənin baş tutmamasının səbəbi odur ki, tikinti şirkətləri evi tikir, cibdən-cibə pul yığırlar. Əksər hallarda alıcı ilə bağlanan müqavilə notarial qaydada təsdiq olunmur. Nəticədə tikinti şirkətlərinin dələduzluqları baş verir. Bunu həll etmək üçün bütün məsələlər qanunvericiliyə uyğun təmin edilməlidir”.
Qeyd edək ki, eyni mənzili 3-4 nəfərə satan "İdeal-V" tikinti şirkətinin vəzifəli şəxsləri - İsa Məmmədov və Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarından məlum olub ki, iş üzrə 16 nəfər zərərçəkən şəxs var.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya