"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunacağına əminəm"- KAMİL MUSAVİ
12:01 12.12.2016
Arxiv
1610
Ermənistan girovlarımız -Dilqəm Əsgərov və Şahbaz Quliyevə ağır işgəncələr verməklə, ən barbar və vəhşi ölkə olduğunu ortaya qoyur.
Bu barədə Sherg.az-a döyüş tapşırıqlarını yerinə yetirərkən sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi bildirib.
Qazinin sözlərinə görə, əsrlikdə və girovluqda olmasından asılı olmayaraq mülki vətəndaşa heç bir işgəncə verilə bilməz:
"Bunu beynəlxalq hüquq da təsdiqləyir. Hətta qızğın döyüşlər zamanı da mülki əhaliyə zərər vermək, onlara zor tətbiq etmək və qətlə yetirmək bütün beynəlxalq hüquq normalarına ziddir. Amma Ermənistan heç bir beynəlxalq norma, qayda tanımır. Dünya institutlarının bütün konvesiyalarını pozur. Buna rəğmən separatçıya "gözünün üstündə niyə qaşın var?" deyən yoxdur. Azərbaycan belə bir addım atmış olsaydı, həmin təşkilatların bəyanatları, səs-küyləri ara verməzdi. Amma indi nədənsə "ağızlarına sul alıb oturublar". İşgənclərə məruz qalan azərbycanlı girovlar barədə bir cümlə belə olsun danışmırlar. Əlbəttə, bu da, təcavüzkar ölkənin işğalçı siyasətini genişləndirməsinə şərait yaradır. Bununla belə düşünürəm ki, onların vəhşi, barbar xalq olduqlarını artıq bir çox ölkə və xalq çox yaxşı bilir. Girovlarımızı işgəncəyə məruz qoymaqla vəhşilikləri, qeyri-insani davranışları yaxşı bacardıqlarını bir daha ortaya qoydular. Buna rəğmən biz onların əsir və girovları ilə heç zaman bu cür vəhşi və qeyri-insanı formada davranmırıq. Bununla bağlı ortada kifayət qədər fakt var".
K. Musavi onu da diqqətə çatdırıb ki, bu cür məsələlər cənab prezidentin daim diqqət mərkəzində olur:
" Əminəm ki, girovlarımızın məsələsi də ölkə başçı İlham Əliyevin diqqətindədir. Baxın, Silahli Qüvvələrin zabiti Ramil Səfərov göstərdiyi igidliyə və qəhrəmanlığa görə, ölkəmizə ekstradisiya edildi. Bu mənada girovlarımızın da Azərbaycana gətiriləcəyinə əminəm. Çünki prezidentimiz xalqımıza, millətimizə böyük dəyər verir. İnanıram ki, yaxın zamanlarda girovlarımız da geri qaytarılacaq".
Girovaların ailəsinin narahatlğına gəlincə, K.Musavi qeyd edib ki, ailə üzvü bu duruma düşən hər kəs narahat olar:
"Amma hər halda güvənmək lazımdır ki, bu iş cənab prezidentin diqqətindən kənarda deyil. Sadəcə, hər işin bir məqamı var. Məqamı gözləmək lazımdır".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur