Əli Mükərrəm Kasapoğlu: "Türkmənlərin vəziyyəti yaxşı deyil" - KƏRKÜKLƏ TELEFON BAĞLANTISI
15:00 22.10.2016
Arxiv
529
Kərkükdə fövqəladə vəziyyət davam edir, şəhərin məhəllələrinin bir hissəsi hələ də İŞİD-in nəzarətindədir. Bu barədə APA-ya kərküklü jurnalist, Anadolu Agentliyinin Kərkük təmsilçisi Əli Mükərrəm Kasapoğlu deyib.
"Kərkükdə hələ də fövqəladə vəziyyətdir. Dünən 5 məhəllə İŞİD-in əlində idi. Bu gün ikiyə düşüb. Kərkükün böyük hissəsində həyat normala dönüb. 25 faizində hələ təhlükə var. Axşama doğru vəziyyətin normala dönəcəyini düşünürəm".
Əli Mükərrəm Kasapoğlu PKK terrorçularının Kərkükə daxil olmasına aydınlıq gətirib: "Dünən vəziyyət pis olduğundan şəhərə başqa yerlərdən də gələnlər oldu, PKK da gəldi. Onlar buradakı vəziyyəti düzəltmək üçün gəlib. PKK-çılar əslində uzun zamandan bəri burdadırlar. Kərkükün cənubunda yerləşirlər. Orada təxminən 50 PKK üzvü var. Onlar bəzən Kərkükə daxil olurlar, Türkiyə bunu bilir. Kərkükdə indiyə qədər türkmənlərlə PKK-çılar arasında problem yaranmayıb. Ancaq türkmənlər bunlardan qorxur. Çünki Tuzhurmatuda onlar xalqa zülm edir. Neçə insanımızı qaçırıblar. Yəni türkmənlər üçün PKK-nın burda qalması qorxu və təhlükədir".
Jurnalist Kərkükdə türkmənlərə aid hərbi birliklərin olmadığını deyib: "Türkmənlərin özlərinə aid bir qüvvələri yoxdur. Amma türkmənlər özləri-özlərini qorumağa çalışır. Hər kəsin silahı var. Kürdlərin peşmərgəsi var, bizim Tuzhurmatuda bir qrupumuz var. Onlar da dövlətə bağlıdır. Kərkük şəhəri İraqın ən mühüm şəhərdir. Kərkük ortadadır. Süleymaniyə, Bağdad, Ərbil, Tiqrit... Çox strateji yerdir. Bundan başqa İraqın ən böyük neft yatağı buradadır. İŞİD Mosulda kəndləri, nəzarət etdiyi yerləri itirir deyə bu hadisəni törətdilər. Onlar Kərkükü tuta bilməzlər. Kərkük güclüdür. Bunlar Mosuldakı terrorçulara dəstək vermək üçün belə etdilər".
Kərküklü jurnalist türkmənlərin muxtariyyət davası etmədiyini deyib: "Türkmənlər bir muxtariyyət istəmirlər. Çünki türkmənlər İraqı sevirlər. Bizim əsas istəyimiz odur ki, ərəbə, kürdə, şiəyə verilən haqlar bizə də verilsin. Bir də dövlət bizi qorusun. Yaşadığımız yerlər təhlükəsiz olsun. Öz dilimizdə danışaq. Türkmənlərin şiəsi də, sünnisi də İraqı sevir. Əgər kürdlər, şiələr, sünnilər varsa, biz də muxtariyyət istəyərik. Ancaq İraqı bölünməyini istəmirik. İraq bölünsə, biz də öz bölgəmizi, Türkmənelini istəyirik".
Əli Mükərrəm Kasapoğlu Kərkükdə türkmənlərin durumunun yaxşı olmadığını deyib: "Türkiyə dövləti türkmənlər üçün çox mühümdür. Türkiyə olmasaydı, türkmənlər yox olardı. İraqda çoxlu xalqlar var. Onların vəziyyəti pisdir. Bizim də vəziyyət yaxşı deyil. Ancaq Türkiyə bizə çox yardım edib, hər zaman arxamızda dayanıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm