Ərdoğan görmə əngəlli qızın əlindən öpdü

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan, Konya Böyükşəhər Bələdiyyəsini   ziyarət edib.
Burada Ərdoğanın yanına gələn görmə əngəlli  Tuğçe,    Nəcib Fazil Qısakürəyin "Sakarya Türküsü" şeirini oxuyub.
Duyğulanan Ərdoğan, Tuğçeyə sarılaraq, şeiri neçə günə əzbərlədiyini soruşub.
Şeiri bir gün yarıma  əzbərlədiyini ifadə edən Tuğçe də Ərdoğana əlini öpmək istədiyini söyləyib.
Tuğçenin əlini öpməsindən sonra  Ərdoğan da görmə əngəlli  qızın əlindən  öpərək, ona qarşılıq verib.