"Ermənilərin cavabını aprel döyüşlərində verməli idik ! " - Ramil Səfərovun atası







"Ermənilər beynəlxalq görüşlərdə bir söz deyirlər, görüşdən ayrılandan sonra yenə təxribatlarına davam edirlər”.

Bunu "Sherg.az”a Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ramil Səfərovun atası Sahib Səfərov deyib. 

O bildirib ki, Ermənistan başqa dövlətin əlinin altında vasitə kimi istifadə olunur:

"Hər kəsə məlumdur ki, Ermənistan prezidentinin özünün müstəqil siyasəti yoxdur. Ona görə, ermənilərin hər dediyinə inanmaq lazım deyil. 

Ermənistan hakimiyyəti Azərbaycanın  torpaqlarını işğal edən, uşaqlara, qocalara işgəncə verən murdar insanlardır.

Ermənilərin fitnəkarlığına, ikiüzlülüyünə illərdir bələdik. Onlar Azərbaycanın ən yaxşı yerlərində yaşayıb, suyumuzu içib, yeməyimizi yedikdən sonra bizə qarşı nankor olan millətdir. Bir söz var: "İlanı yuvasında boğmaq lazımdır". 

Biz ermənilərin cavabını elə aprel döyüşlərində verməli idik. Həmin vaxt ölkə başçısı humanistlik edərək, qan tökülməsinin qarşısını aldı. Buna baxmayaraq, ermənilər son danışıqlardan sonra hiylələrindən əl çəkmədilər. Onların heç bir sözünə inanmaq olmaz.

Ermənistanın özündə insanlar siyasi hakimiyyətdən çox narazılıq edir. Əksəriyyət başını götürüb, ölkədən qaçır. Bundan sonra düşmən ölkədə vəziyyət daha da mənfiyə doğru gedəcək”.

Bu il Cocuq Mərcanlı kəndində aparılan bərpa işlərini xatırladan S.Səfərov vurğulayıb ki, düşmən bu təxribatlarla heç nəyə nail ola bilməz:

"Biz indi Cocuk Mərcanlıya gedirik. Qarşıda bizi Şuşa gözləyir. Ermənilər başa düşsün ki, biz heç nəyi unutmamışıq, əzəli torpaqlarımıza qayıdacağıq. Səbr kasasının da daşan vaxtı olacaq. Bütün xalq cənab Prezidentin tək bir əmrini gözləyir. Ali baş komandanın bir əmri ilə erməniləri məhv edib, torpaqlarımıza yenidən sahib ola bilərik. Gec-tez torpaqlarımızı azad edəcəyik”.

Aysel Aslan