Ermənistan çətin seçim qarşısında - Bu dəfə hiyləgərlikləri işə yarayacaqmı?
10:37 30.10.2017
Arxiv
692
İrəvan noyabr ayında Avropa İttifaqı ilə partnyorluq müqaviləsi imzalamağa ümid edir.
"Ölkə.Az" xəbər verir ki, müqavilə Rusiyanın günahı ucbatından baş tutmaya bilər. Rəsmi Brüssel isə qadağaların dozasını çox edib. Məsələn, Avropa İttifaqı Ermənistandakı atom elektrik stansiyasının bağlanmasını tələb edir. Bu stansiya Ermənistanın 40 faizini elektrik enerjisi ilə təmin edir.
2013-cü ildə də Ermənistan "Şərq əməkdaşlığı" proqramı çərçivəsində Aİ ilə sərbəst ticarət zonalarının yardılması barədə müqavilə imzalamaq istəyəndə Rusiya işə mane oldu. Rəsmi İrəvan bu müqavilənin və mövqeyin yaxşı olmayacağını anladı və Avrasiya İqtisadi İttifaqına üzvlüyə tələsdi.
Hazırda Ermənistan qurumun tamhüquqlu üzvü olsa da, Avropaya tərəf baxır. Avropa isə xəyanətə görə ermənilərə qəzəblidir. Amma erməniləri əldən buraxmamaq və siyasi məqsəd səbəbindən Avropanın qəzəbi soyuyub və Ermənistanla yeni partnyorluq müqaviləsi hazırlayıb. Bu müqavilə Rusiyanın maraqlarına zərbə vuracaq. Sənəd Brüsseldə noyabrın sonunda keçiriləcək "Şərq əməkdaşlığı" sammitində imzalanacaq.
Sənəd 357 səhifəlikdir və bu günə qədər gizli saxlanılıb. Sənəddə Ermənistanda ədalət, azadlıq və təhlükəsizlik, konstitusiya və məhkəmə sahəsində islahalatlar, insan haqları və əsas azadlıq barədə qanunun qorunması vurğulanır. Eyni zamanda Aİ-nin bir sıra erməni layihələrini maliyyələşdirilməsindən söhbət gedir.
Sənədin əsas hissəsi Ermənistandan Metsamor atom elektrik stansiyasının bağlanmasını tələb edir. Ermənistanın beynəlxalq məsələlər və təhlükəsizlik institunun banisi Stepan Safaryan bildirir ki, bu sənəd 2013-cü ildə imzalanması nəzərdə tutulan sənəddən elə də fərqlənmir. Sənəd Ermənistana Avropaya eyni dildə danışmaq imkanı verəcək. Amma bu formul hələ işlənməyib. İndi əsas məsələ odur ki, Aİ bunu ermənilərin arzuları əsasında edəcəkmi?
Amma görünür, bu sənəd ermənilər üçün "imic" xarakteri daşıyır: "Avropa bizi qəbul etdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya