Fədaya Laçın qaçan məhbusun sevgilisi çıxdı: FAKTLAR, STATUSLAR
15:35 30.10.2017
Arxiv
1793
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirli bilinərək həbs edilən Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) ilə bağlı yeni faktlar üzə çıxıb.
"Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, müğənni Fədayə Laçın bir neçə il əvvəldən bəri qaçan məhbuslardan biri ilə sevgili həyatı yaşayırmış. Müğənni tez-tez sevgilisi olan məhbusla həbsxanada görüşürmüş. Hətta, Fədaya Laçın qatarda da məhbus sevgilisinin ziyarətinə gedibmiş.
Məlumata görə, onun həbsdən öncə sosial şəbəkələrdəki status və paylaşımları da bu konteksdə xüsusi diqqət çəkərək, fərqli məna kəsb etməyə başlayıb.
Xatırladaq ki, Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. O, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Onu da bildirək ki, Əli Ağami və "Qoca” ləqəbli digər məhbus oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətiriləndə qaçıblar.
Belə ki, müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Məhbuslardan Əli Ağami isə iki gün əvvəl Şirvan şəhərində tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya