İcra başçıları sahibkarlara kömək etməlidir
21:30 21.10.2016
Arxiv
640
Vüqar Bayramov: “Belə olarsa, sahibkarlar daha çox investisiya yatıraraq çoxsaylı iş yerləri yaradıb, regionun inkişafını stimullaşdıra bilərlər”
"Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağstafada "Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlət başçısı qeyd edib ki, indi fermer olmaq yenə də şərəfli işə çevrilir: "Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir”.
Ölkə başçısının fikirlərini müsbət dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə bildirib ki, icra hakimiyyəti orqanlarının sahibkarlığın inkişafı baxımından fəaliyyətləri, xidmətləri olduqca vacibdir. Amma etiraf etmək lazımdır ki, əksər layihələrdə yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq fəaliyyətinə müsbət təsirlərini müşahidə etmirik: "Sahibkarlara dəstək yalnız mühitin yaxşılaşdırılması ilə tamamlanmamalıdır. Eyni zamanda sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanları da yaradılmalıdır. Bu mənada ölkə Prezidentinin sahibkarlara dəstək olması, yerli icra hakimiyyəti orqanlarının sahibkarları dəstəyə səsləməsi indiki postneft dövründə müsbət addımdır. Və bu, Azərbaycan iqtisadi diversifikasiyası ilə bağlı prioritetlərə uyğundur. Təbii ki, yerli icra hakimiyyəti başçıları Prezidentin tapşırığına uyğun olaraq sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmağa çalışmalıdır. Belə olarsa, sahibkarlar daha çox investisiya yatıraraq çoxsaylı iş yerləri yaradıb, regionun inkişafını stimullaşdıra bilərlər. Ona görə də, yerli icra hakimiyyəti orqanlarının sahibkarlara dəstək olmasına ciddi ehtiyac duyulur”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm