İmam məscidinin qapılarını küçə pişiklərinə açdı

İstanbul Üsküdardakı Əziz Mahmud Xuda məscidinin qapılarını küçə pişiklərinə açaraq, İslam dininin şəfqət və mərhəmətinə vurğu edən imam Mustafa Efe, nümunə davranışıyla həm camaatın, həm də ictimai media təqibçilərinin təqdirini yığdı. "Pişiyin dostu imam" kimi adı çəkilən Efenin vəzifə yerinə yetirdiyi məscidə səhər azanıyla girən, namaz zamanı ətrafda gəzən və ya bir kənarda qıvrılaraq yuxuya gedən, hətta balalarını tək-tək minbərə daşıyan pişiklər, camaat tərəfindən də xoş qarşılandı.