"İran və Türkmənistan Xəzərin bölünməsi ilə bağlı razılığa gəlmir" - MİLLƏT VƏKİLİ
14:05 12.12.2016
Arxiv
1207
Astana sammiti baş tutarsa, Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiya imzalana bilər.
Bunu Sherg.az-a Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin dövlət başçılarının sammitindən danışarkən, millət vəkili Elman Nəsirov deyib.
Deputat bu problemlə bağlı ölkələr arasındakı ziddiyyətlərə də aydınlıq gətirib:
"Xəzərin hüquqi statusunun müəyyən edilməsində beş xəzəryanı dövlətin mövqeyinin üst-üstə düşməsi vacibdir. Əvvəl keçirilən, Həştərxan sammitində 2016-cı ildə Astanada yekun konvensiyanın imzalanacağı barədə əmin fikirlər irəli sürüldü. Son dövrlər bölünmə məsələsindən narazı dövlətlərin qismən mülayim siyasət aparması və bu istiqamətdə işçi qrupunun həyata keçirdiyi mütəmadi danışıqların nəticəsində razılıq əldə oluna bilər. Hazırki vəziyyətə görə, Rusiya Azərbaycan və Qazaxıstan arasında bununla bağlı razılıq əldə olunub. Problem Türkmənistan və İranın mövcud pay nisbəti ilə razılaşmamasıdır.. Xüsusilə, İrana görə Xəzər 20 faiz olmaqla bütün dövlətlərə bərabər bölünməlidir. Bu da orta xətt, Astara - Həsənqulu xətti üzrə bölünmə prinsipinə ziddir. Düşünürəm ki, müəyyən olunan vəziyyətlə barışmaq lazımdır. Məsələn ən çox hissə Qazaxıstan ərazisinə düşüb və bu təbii hal kimi qəbul edilməlidir. İranın hazırda pay nisbəti 13 faizdir və onun daha 7 faizdə iddiası var. Digər dörd ölkənin mövqeyi isə budur ki, bərabər bölünmə prinsipi məqsədəuyğun deyil. İranın mövqeyində Həsən Ruhaninin dövründə qismən yumşalma müşahidə olunsa da, məsələ hələ də tənzimlənməyib və İran konvensiya imzalanmasına qoşulmayıb”.
E.Nəsirov Türkmənistanın da mövqeyinə toxunaraq bildirib ki, Kəpəz (Türkmənistan Sərdar adlandırır) yatağının mübahisəli bölgə olması Azərbaycanla razılaşmanın qarşısını alır:
"Kəpəz yatağı keçən əsrin 70-ci illərində Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Sovet dövrü təcrübəsinə görə, kəşf edən tərəf həm də onun istifadəçisi hesab olunurdu. Bu səbəbdən, yatağın istifadəsi Azərbaycanın öhdəliyinə verilib. Türkmənistanın mövqeyində isə bununla bağlı müxtəlif zamanlarda kəskinləşmələr müşahidə olundu. Hətta iki ölkə arasında səfirlərin geri çağırılması məsələsi də gündəmə gətirilib. Yalnız Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun səlahiyyəti dövründən başlayaraq dövlətin bu mövqeyində yumşalma müşahidə olundu. Buna baxmayaraq, yenə razılığın əldə edilməsi reallaşmadı. Hazırda isə xüsusilə Xəzərin təbii ehtiyatlarının istifadəsi məsələsində anlaşılmazlıqlar hökm sürür. Türkmənistanın mövqeyi alınmadan ehtiyatlardan istifadə reallaşdırılıb”.
Millət vəkili əlavə edib ki, Xəzərin hüquqi statusu hazırda mübahisəli olsa da, bununla bağlı razılıq əldə edilməsə belə Azərbaycan və digər ölkələr haqqı olan paydan, təbii ehtiyatlardan istifadə edə bilər. Xəzərin təbii ehtiyatlarını Qərbin investorları üçün açıq elan edən ilk dövlət Azərbaycan olub:
"Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində, əziyyətlərlə bu proses genişləndirilib. Yəni, Xəzərin hüquqi statusunun müəyyən edilməməsi Azərbaycanın mövqeyini dəyişməyib. Buna görə də, Astana sammitinin baş tutacağı təqdirdə Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunacağı gözləniləndir”.
Qeyd edək ki, xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixinin açıqlanmadığını deyib. Nazir müavinin sözlərinə görə, sammit baş tutacağı təqdirdə konvensiyanın razılaşdırılmamış məsələləri ilə bağlı vəziyyətin hansı səviyyədə olduğuna baxılacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur