İranın vitse-prezidenti: “Mətbuatın tənqidlərini təmkinlə qarşılamaq lazımdır”
10:49 28.10.2017
Arxiv
460
"Biz KİV-in inkişafı istiqamətində addımlar atmışıq və bu gün bu sərgidə milli mətbuatın bayramını təşkil edirik”.
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın İslami irşad və mədəniyyət naziri Abbas Salehi Tehranda keçirilən XXIII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalının rəsmi açılış mərasimində çıxışında deyib. O bildirib ki, bu gün KİV milli təhlükəsizliyin əsas sütunudur və cəmiyyət mətbuatsız təhlükə ilə üz-üzə qala bilər.
Daha sonra çıxış edən İran prezidentinin birinci müavini İshaq Cahangiri mətbuat sərgi-festivalına yüksək qiymət verib: "Hamı buraya yığışır, danışıq aparır və bu, əməkdaşlığın inkişafına səbəb olur. Mən bütün əhalini sərgiyə baxış keçirməyə dəvət edirəm. Hamımızın borcudur ki, mətbuatla bir olaq. Mətbuatdan qorxmaq və uzaqlaşmaq lazım deyil, mətbuatla işləmək lazımdır. Mətbuat məlumatlandırma mərkəzidir, məhəbbət toxumunun əkin sahəsidir, nifrətin deyil. Mətbuat dostluq və milli həmrəylik yeridir, düşmənçilik deyil. Bu gün cəmiyyətdə mətbuatın müsbət tərəflərindən istifadəyə ehtiyac var. Dövlət cəsarətli mətbuatı öz xeyrinə görməli və tənqidləri təmkinlə qarşılamalıdır”.
İ. Cahangirinin sözlərinə görə, mətbuatın bacarığı ondadır ki, tənqid və xəbərdarlığı vaxtında səsləndirir ki, islahat aparılsın: "Cəmiyyətin bu növ mətbuata ehtiyacı var. Mətbuatın inkişafı zəruridir. Mətbuat inkişaf etməsə, İranda inkişaf getməyəcək. Bu məsələyə diqqət edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya