“İŞİD”çilərin dönüşü...
07:32 28.10.2017
Arxiv
565
“Onların nə zaman nə edəcəkləri bilinmir”
Suriya və İraqda döyüşən 6000 minə yaxın İŞİD-çi öz ölkələrinə qayıdıb. Bu məlumat ABŞ-ın strateji düşüncə institutu sayılan "Soufan Mərkəzi”nin son hesabatında yer alıb. Sənəddə yazılıb ki, Türkiyəyə qayıdan 7240 nəfər İŞİD və "Əl-Qaidə” terror təşkilatının üzvləri həbs olunublar. Lakin 900 terrorçu heç bir maneəyə rast gəlmədən Türkiyəyə keçə bilib.
Təşkilata qatılan əcnəbi döyüşçülərin sayına görə, Türkiyə 33 ölkə arasında yeddinci yerdə dayanır. Qruplaşmaya ən çox qoşulan əcnəbi döyüşçülər sırasında birinci yeri Rusiya, sonrakı yerləri Səudiyyə Ərəbistanı, İordaniya və Tunis tutur. İngiltərədən İŞİD sıralarına qoşulan 850 nəfərin yarısının ölkəyə qayıtdığı da hesabatda xüsusilə vurğulanıb. Hesabatı hazırlayanlar hesab edirlər ki, öz ölkələrinə qayıdan döyüşçülərin bir qismi həbs edilsə də, həbs edilməyənlər təhlükəsizlik riski yaradırlar. Müxtəlif ölkələr İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulduqdan sonra terror şəbəkəsinə qatılmaq istəyən əcnəbi döyüşçülərin sayında ciddi azalma müşahidə edilib, 2015-ci ildə isə bu rəqəm sıfır nöqtəsinə çatıb.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Sədrəddin Soltan deyib ki, dünyanın bütün dövlətlərində əlində silah adam öldürən insanlardan ehtiyat edilir. Ekspert vurğulayıb ki, İŞİD-in sıralarına qoşulanlar sadəcə əli silahlı döyüşçü deyillər, həm də təhlükəli ideoloji düşüncə daşıyıcılarıdır:
"Təhlükə onların törədəcəyi ehtimal olunan terrorlarla yekunlaşmır. İdeoloji düşüncə ondan daha təhlükəlidir. Məsələ bu baxımdan da dəyərləndirilməlidir. Ən azından belə şəxslər və onların ailə üzvləri döndükləri cəmiyyətlərdə ən dəbdə olan məsələni "hicabı” gündəliyə gətirə, onu qabarda bilərlər. Odur ki, bu kimi şəxslərin cəmiyyətlərdə mövcudluğu daim təhlükə mənbəyi olaraq qalacaq. Nəzərə almaq lazımdır ki, söhbət heç də "vicdan azadlığı” məsələsindən getmir. Bu düşüncənin daşıyıcıları İraq və Suriyada ciddi böhranın yaranmasına səbəb olublar. Az qala hər iki dövlət məhv olma təhlükəsi ilə üzləşib”.
Politoloq bildirib ki, bir sıra dövlətlər xaricdə terror və radikal qruplaşmalarda fəaliyyət göstərən şəxsləri vətəndaşlıqdan çıxarıblar:
"Düzdür, bu onlara qarşı cinayət işinin açılması ilə bağlı hüquqi baza yaratsa da, vəziyyətdən çıxış üçün vasitələrdən biridir. Bir də İŞİD-i kim yaradıb? Həmin qüvvələr yenidən bu silahlıları başqa ad altında birləşdirə bilərlər. İŞİD və mənşəyi bəlli olmayan o cür qruplaşmalar hibrid müharibələr üçün alətdir. Onların nə zaman nə edəcəkləri bilinmir. Öz ölkəsinin konstitusiyasına əməl etməyən şəxslərdən hər cür təhlükə gözləmək olar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya