Kataloniya parlamenti Madridin addımlarına cavab tədbirlərini müzakirə edir
20:31 26.10.2017
Arxiv
518
Kataloniya parlamentinin deputatları Madridin ölkə Konstitusiyasının regionun muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsinin tətbiqi ilə bağlı qərarına mümkün cavab tədbirlərini müzakirə edir.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iclasdan bir saat əvvəl Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon növbədənkənar seçkilərin keçirilməsini elan etməyəcəyini bəyan edib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi üçün Madrid hələ ki kifayət qədər zəmanət verməyib.
Kataloniya sosialistlərinin lideri Mikel İseta və "Vətəndaşlar” mərkəzçilər fraksiyasının lideri İnes Arrimadas parlamentdə çıxışları zamanı regional hökuməti birtərəfli qaydada müstəqillik elan etməməyə və növbədənkənar seçkilər keçirməyə çağırıblar.
"Birgə dəstək” fraksiyasının lideri Luis Korominas və "Milli birlik namizədliyi” solçular fraksiyasının nümayəndəsi Ana Qabriel Madridin Konstitusiyanın 155-ci maddəsinin tətbiqinə dair qərarını "təhqir” adlandıraraq, hökuməti Kataloniyanın müstəqilliyini elan etməyə çağırıblar.
Qeyd edək ki, İspaniyanın Nazirlər Şurası oktyabrın 21-də keçirdiyi təcili iclasda Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur. O vaxtadək Kataloniya hökumətinin funksiyalarını mərkəzi hakimiyyət nümayəndəli icra edəcək.
Qərar Senat tərəfindən təsdiq olunmalıdır. İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.
Kataloniya rəhbərliyi Madridin qeyd olunan qərarından Ali və Konstitusiya Məhkəmələrinə şikayət edib.
İspaniya Ali Məhkəməsi Kataloniya rəhbərliyinin iddiasını bu gün rədd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya