“Kommunal xidmət sahələri özəlləşdirilsə keyfiyyət artacaq”
20:56 12.12.2016
Arxiv
728
“20-30 faizi dövlətin əlində qalmaq şərti ilə bütün xidmət sahələrində özəlləşdirmə olmalıdır”
Azərbaycanda kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin
edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər. Bu barədə AzərbaycanPrezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilib.
Qeyd olunur ki, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və
satışının biri-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilib.
Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən
1) "Tik - idarə et - təhvil ver” (TİT modeli); 2) tam özəlləşdirmə; 3) idarəetməyə verilmə; 4) açıq
tipli səhmdar cəmiyyətinə çevrilmə və ya 5) konsessiya müqaviləsi əsasında reallaşır. Bu sektorda
özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər.
Qeyd edək ki, Azərbaycanda kommunal xidmət sahələrinin özəlləşdirilməsi vaxtaşırı gündəmə gəlsə
də, bu, hələlik reallaşmayıb.
Gecikmənin müxtəlif səbəblərdən qaynaqlandığını vurğulayan ekspertlər isə hesab edir ki,
kommunal xidmətlər sektoruna nə qədər ki, özəl biznes cəlb olunmayıb, bu sahədə ciddi uğurlardan
danışmağa dəymir. Odur ki, sektorun özəlləşdirilməsi və buradakı iştirakçıların sayının artırılması
ölkədə kommunal xidmət sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına gətirib çıxara
bilər.
Kommunal xidmətlərin mütləq şəkildə özəlləşdirilməsinin tərəfdarı olduğunu deyən iqtisadçı-
ekspert Oqtay Haqverdiyev bu məsələnin aktual olduğunu qeyd edib. Onun sözlərinə görə,
özəlləşdirmə aparılsa, bu, ilk növbədə qiymət və keyfiyyətdə hiss olunacaq. Yəni qiymətlər
azalacaq, xidmətin keyfiyyəti isə yüksələcək:
"Sözügedən sahələrin özəl əllərdə olması nəticəsində rəqabət yaranacaq və həmin sahəyə baxanlar elə xidmət etməyə çalışacaqlar ki, əhalidən alınan haqqın cavabını verə bilsinlər. Həm də vətəndaşlar məhz onlara müraciət eləsin deyə ayrı-ayrı şirkətlər qiymət artımına getməyəcəklər”. Bir çox ölkələrdə kommunal xidmətlərin özəlləşdirildiyini vurğulayan ekspert deyib ki, 20-30 faizi dövlətin əlində qalmaq şərti ilə bütün xidmət sahələrində özəlləşdirmə olmalıdır: "Biz özümüzdən Amerika kəşf eləmirik ki? Uzun illərdir, dünya ölkələri bu təcrübədən yararlanır. Bizdə isə bütün kommunal xidmət sahələri dövlətin əlində cəmləşib. Əhaliyə verilən qazın, işığın həcmində hər hansı bir problem yaşandıqda isə vətəndaşlar əlacsız qalırlar. Əgər həmin xidmət sahələri özəl olsa, istehlakçı ilə şirkət arasında müqavilə bağlanacaq. İşığı sönən zaman da vətəndaşın əlində haqqını tələb edəcəyi dəqiq bir
ünvanı olacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur