Melih Gökçək vidalaşdı: Ayrılmağımı Ərdoğan tələb etdi
18:01 27.10.2017
Arxiv
595
"Bəlkə bələdiyyə başçınız olaraq sizləri üzdüyüm zamanlar olub, buna görə də hamınız haqqınızı halal edin"
Ankara Böyükşəhər Bələdiyyə Başçısı Melih Gökçək, bu gün 23,5 illik vəzifəsinə vida edəcək. sherg.az türk mediasına istinadən xəbər verir ki, Gökçək bələdiyyə üzvləri ilə vida görüşündə bunları söyləyib:
"23 ildən bəri birlikdə olduğum dostlarımız var. Yaxşı günlərimiz, pis günlərimiz oldu. Birlikdə Ankaranı tikdik. Bu gün əgər Ankara müasir bir şəhərdirsə sizlərin səyi sayəsindədir. Bundan dolayı hamınıza təşəkkür etməyi borc bilirəm. Bəlkə bələdiyyə başçınız olaraq sizləri üzdüyüm zamanlar olub, buna görə də hamınız haqqınızı halal edin. Məndən yana haqqım halal olsun. Qiymətli dostlarla çox gözəl işlər gördük. Sabah (bu gün) Allah nəsib etsə, saat 14.00-də mətbuat konfransında hərtərəfli izah verəcəyəm. Televiziyalarda izləyərsiniz, inşallah. Təbii mənim bələdiyyə başçılığından ayrılmağımı, prezident Rəcəb Tayyib Ərdoğan tələb etdi. Biz də bu tələbi qırmayaraq, nə səbəbə qırmadığımızı da çox dəqiq olaraq sabah (bu gün) televiziyalardan izləyəcəksiniz. Bu gündən bələdiyyə sədrliyindən ayrılıram. 23 ildə 5 dəfə seçkiyə getdik, 5-ində də Allaha həmd olsun, sizlərin səyiyləyüzümüzü ağ etdiyiniz üçün bu seçkiləri hər səfərində qazandıq. Amma nəsibmiş, bu qədərmiş, inşallah bundan sonrakı həyatda da dəyişik yerlərdə qarşılaşmaq nəsib olar. İnşallah, yenə görüşərik. Tək-tək əllərinizi sıxa bilmədim, üzürlü sayın, amma sıxmış kimi qəbul edin. Necə olsa da bir yerlərdə qarşılaşarıq. Bundan sonrakı həyatınızda hamınıza müvəffəqiyyətlər diləyirəm. Təkrar, xoş bir səda qoya bildiksə, nə xoşbəxtəm və sizə həyatınızda, ailənizlə birlikdə xoşbəxtliklər diləyirəm. Hamınızı Allaha əmanət edirəm və yaxşı günlər olsun deyirəm."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya