Mövlud Çavuşoğlu: ''Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur''
15:41 22.10.2016
Arxiv
624
"Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur”. "Report”un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, hazırda Türkiyə Hərbi Hava Qüvvələri koalisiyada iştirak edir: "Havadan nə vaxt, hara və necə əməliyyat aparılması qərarını hərbçilər verəcək”.
Nazir Türkiyənin İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazasında təlim verdiyi Ninova mühafizə dəstəsinin əsasən yerli sakinlərdən ibarət olduğunu söyləyib: "Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra şəhərin təhlükəsizliyini təmin etmək üçün bu qüvvələrdən istifadə etmək lazımdır. Hazırda əməliyyatın içərisində onlar aktiv rola malikdir”.
M.Çavuşoğlu həmçinin Mosulun İŞİD terrorçu qruplaşmasından xilasetmə əməliyyatından da danışıb: "Quru əməliyyatını müxtəlif qruplar əvəzinə, İraq ordusunun şəxsən idarə etməsi lazımdır. Hazırda orada İraqın şimalında kürd muxtariyyətinin silahlıları, Ninova mühafizə dəstəsi və digər qüvvələr var. Ona görə də İraqda olan ölkələrin və ya Türkiyənin quru əməliyyatlarına qoşulması gündəmdə deyil. Əgər ehtiyac olsa, özəl qüvvələrimizin köməyindən istifadə edəcəyik”.
"Əgər YPG və PYD (PKK-nın Suriyadakı qolu - "Report") öz yerlərinə çəkilməsə və İŞİD-ə qarşı əməliyyat aparan Azad Suriya Ordusuna hücum etməyə davam etsə, biz də lazım olan addımı atacağıq. Çünki YPG və PYD-nin İŞİD-ə qarşı olduğunu bilirik. Yox, əgər bunun əksini edirsə, deməli, onların məqsədi İŞİD-ə qarşı savaşmaq deyil, Suriyada öz terror dəhlizini yaratmaq istəyidir. Əvvəldən də bəyan etmişik ki, burada belə bir hala icazə verməyəcəyik. Bu səbəbdən də hərəkətlərinə fikir verməlidirlər, yoxsa biz lazımi addımları atacağıq”, - deyə M.Çavuşoğlu əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm