Müqaviləsiz işçilərin sayı çoxdur
19:58 28.10.2017
Arxiv
502
Sahib Məmmədov: “İşəgötürənlərin bəziləri qanunlardan belə yuxarıda dayanıblar”
a
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.
Dövlət agentliyindən verilən məlumata görə, bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 12 səyyar monitorinq həyata keçirilib. Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 386 işçidən 250-nin müqavilə ilə, 136-nın isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 35 faizində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğa yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildiriş sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti sahəsinə cəlb olunmamalıdır.
Monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Monitorinqlərin hansı alətlərlə keçirildiyi barədə konkret məlumatlı olmadığını vurğulayan hüquq müdafiəçisi Sahib Məmmədov nəticələrin də bir o qədər inandırıcı olmadığını deyib:
"Mənim fikrimcə, tikinti sahəsində müqaviləsiz işləyən insanların sayı daha çoxdur. Əslində bu problemin həlli istiqamətində son 3 ildə görülən tədbirlərin effektiv olmayacağını əvvəlcədən proqnozlaşdırmışdıq. Halbuki əmək müqavilələrinin elektron qeydiyyat sistemini yaradanlar iddia edirdilər ki, bu sistem effektiv dəyişikliklərə səbəb olacaq. Amma heç bir ciddi nəticəsi olmadı. Çünki bizdə həyata keçirilən tədbirlər səbəbə yox, nəticəyə yönəlib. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının gördüyü işlər də birbaşa nəticəyə hesablanıb. Qanunun sərtləşdirilməsi, yeni elektron sistemlərin qurulması kimi addımlar hamısı nəticə ilə mübarizə aparmaq üçündür. Səbəb isə başqadır. Faktiki olaraq sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamır və onlara qarşı real tədbirlər görmək mexanizmi yoxdur. İşəgötürənlərin bəziləri qanunlardan belə yuxarıda dayanıblar”.
Ölkə Prezidentinin sahibkarlara güzəşt siyasətinin davam etdiyini vurğulayan S.Məmmədovun sözlərinə görə, yoxlamaların aparılmaması da işəgötürənlər üçün bir üstünlükdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi özəl strukturlarda yoxlamalar həyata keçirə bilmir. Bunun üçün Reyestr qeydiyyatından keçməlidir:
"ASAN Xidmət”in müşahidə kameraları vasitəsilə əldə edilən məlumatların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi prosesinin də yüz faizlik nəticə verməyəcəyi əvvəlcədən bəlli idi. Video-görüntülər vasitəsilə bu cür qanunsuzluqları müəyyən etmək mümkün deyil. Tikinti sahəsinə hər girib-çıxan adam işçi deyil axı. Problemin aradan qaldırılması üçün əsas mexanizm odur ki, mövcud qanunlar birmənalı, selektiv olmadan, hamıya qarşı eyni qaydada tətbiq edilsin. Əks halda, görülən tədbirlərin heç biri müsbət nəticə verməyəcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya