Naxçıvan hava hücumundan müdafiə qüvvələrində kompleks məşq... - VİDEO
11:07 09.09.2021
Arxiv
751
Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə Ordu aviasiyası da cəlb edilib.
Kompleks məşqə Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb.
Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmən zərbələrinin dəf edilməsi məşq etdirilib.
Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə şərti düşməni təqlid edən Ordu aviasiyası praktiki uçuşlarla məşqlərə cəlb edilib.
Pilotlar tərəfindən hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.
Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhəddinə uçub çatma vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb.
Düşmənin hava hücum vasitələri növbətçi qüvvələrin 1 nömrəli hazırlığa gətirilmə həddinə çatdıqda zenit-raket bölmələrinə 1 nömrəli hazırlıq elan olunaraq alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib.
Döyüş heyətləri tərəfindən zenit-raket bölmələrinin raket ehtiyatının təyin olunmuş normaya çatdırılması üçün buraxıcı qurğulara döyüş raketləri doldurulub.
Quru qoşunlarının hava hücumundan müdafiə bölmələri aşağı və ən aşağı hündürlüklərdə fəaliyyət göstərən düşmənin aşkarlanması, müşahidə və məhv edilməsi üzrə döyüş tapşırıqlarının icrasına davam ediblər.
Ehtiyatda olan zenit-raket bölmələri ümumqoşun birləşmələrinin hava hücumundan müdafiəsini təmin etmək məqsədilə təyin olunmuş start mövqelərinə yerdəyişməni həyata keçiriblər.
Obyektlərin və birləşmələrin hava hücumundan müdafiəsini təmin edərkən qorunan ümumqoşun birliklərinin döyüş fəaliyyətlərindən asılı olaraq zenit-raket qoşunlarının hissə və bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri arasında üç mərhələdən ibarət qarşılıqlı əlaqə yaradılıb.
Birinci mərhələdə düşmənin hava hücum vasitələrinin obyektlərə və qoşun qruplaşmalarına zərbə vurmasının və dərinliklərə doğru uçub keçməsinin qarşısını almaq məqsədilə vahid hava hücumundan müdafiə sistemi qurulub. Bu zaman atışlar üzrə qarşılıqlı əlaqə hədəflərə görə qüvvələrin cəmləşdirilməsi və ya bölüşdürülməsi yolu ilə aparılıb.
İkinci mərhələdə zenit-raket qoşunlarının bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri atəş və məlumat mübadiləsi üzrə qarşılıqlı əlaqə yaradıblar. Atışın aparılması üzrə qarşılıqlı əlaqənin əsas üsulu qüvvələrin sektorlara və hündürlüklərə görə bölüşdürülməsi ilə icra olunub.
Üçüncü mərhələdə zenit-raket və quru qoşunlarının hava hücumundan müdafiə bölmələrinin atəş zonaları bölündüyünə görə onlar arasında məlumat mübadiləsi həyata keçirilib.
Beləliklə də real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılmasını kompleks şəkildə məşq edən bölmələr yüksək peşəkarlıq və ustalıq nümayiş etdiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə