Neymar: "Paris, mən gəlirəm ! "





Uzun müddət İspaniyanın aparıcı futbol klubu olan "Barçelona"nın şərəfini qoruyan braziliyalı hücumçu Neymar Fransanın "PSG" futbol klubunda oynayacaq. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, futbolçu ilə sözügedən klub arasında 5 illik müqavilə bağlanıb. 

Qeyd edək ki, Neymarın transferi üçün "PSG" böyük məbləğdə pul xərcləməli olub. Məlum transferlə bağlı futbolçunun video görüntüsü yayılıb. Həmin kadrlarda Neymar "Barça"komandası ilə vidalaşaraq "Paris, mən gəlirəm" deyib. 

Ayyət Əhməd