Ömürlük məhbuslar 20 ildir həbsxanadadır
21:15 26.10.2017
Arxiv
967
Onlardan xəstələri, yaşlıları şərti azadlığa buraxmaq olar
"Biz həmişə xəstə, yaşlı məhbusların adının əfv siyahısına salınmasını istəyirik. Məhbuslar arasında eləsi var, ağır xəstəliyə tutulub, eləsi var, yaşı 70-dən yuxarıdır. Ömrünün çox hissəsi gedib artıq. Belə məhbusların azadlığa buraxılması əlbəttə, arzuolunandır”.
Bu fikirləri "Şərq”ə D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu ömürlük məhbuslar, o cümlədən sabiq "OMON”çular arasında da yaşlı və xəstələrin olduğunu xatırladıb:
- Ömürlük məhbuslar arasında Hepatit, şəkərli diabet, epilepsiya, vərəm xəstələri olanlar var. Ömürlük məhbuslardan bəziləri cəzalarının böyük hissəsini artıq çəkib. Bəziləri 20 ildən artıqdır həbsxanadadır. Onların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi, ya da şərti azadlığa buraxılması dövlətimizin humanizm prinsiplərinə sadiqliyinin bir daha təsdiqi olardı.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur. Təklif qəbul edilərsə, ömürlük məhbusların azadlığa çıxmaq şansı yaranacaq.
Yeni bəndə görə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır. Bu isə "ömürlük”lərin azadlıqlarına qovuşması yolunda yaşıl işıq deməkdir.
N.Cəfəroğlu qeyd etdi ki, Prezidentin təklif etdiyi dəyişiklik çox mütərəqqidir:
- Son zamanlar Azərbaycan qanunvericiliyinin bütün sahələrdə daha çox mütərəqqiləşməsinin, humanizm prinsiplərinə daha çox istinad edilməsinin şahidi oluruq. Hüquqi sistemin humanistləşdirilməsi prosesi gedir. Bu, hüquq müdafiəçisi olaraq bizi çox sevindirir. Biz Prezidentin bu addımlarını dəstəkləyirik. Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik də əlbəttə ki, humanizm prinsiplərinin əsas götürülməsi baxımından çox mütərəqqi addımdır. İnanırıq ki, CM-yə dəyişikliklər qəbul olunarsa, bu, 20 ildən artıq həbs cəzası çəkən, həmçinin artıq yaşlanmış, xəstə məhbusları da əhatə edəcək.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya